Prezident İlham Əliyev: Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olub (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olub (FOTO)

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Bakıda çox müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir, eyni zamanda, bu, ölkəmizin tarixi irsidir. Ona görə ki, Azərbaycan tarixən, əsrlər boyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olmuşdur.

Ona görə də bizim ölkədə belə tədbirlərin keçirilməsi, müxtəlif millətlərin, mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsi, birlikdə işləməsi, müzakirələrin, debatların keçirilməsi bizim üçün çox təbii bir haldır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışında çıxışı zamanı deyib.

"Biz həmişə öz işimizlə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük veririk və bunun gücləndirilməsinə çalışırıq. Çünki qloballaşan bugünkü dünyada başqa bir yol, başqa bir alternativ yoxdur. Ona görə də bir daha qeyd etmək istərdim ki, müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan üçün təbii bir hal olub. Azərbaycan çox böyük tarixə malik olan bir ölkədir. Mən əminəm, qonaqlarımızın imkanı olacaqdır ki, onlar bizim tarixi yerlərə baş çəkə bilsinlər, Azərbaycanın tarixi abidələrini görə bilsinlər və onlara toxuna bilsinlər.
Mən bilirəm ki, sizlərdən çoxu Azərbaycana ilk dəfədir gəlib, ilk dəfədir Azərbaycanda belə bir forumda iştirak edir. Əminəm ki, siz cəmiyyətimizdə olan bu inkişaf ruhunu, bu inkişafı özünüz hiss edəcəksiniz. Çox gözəl görəcəksiniz ki, Azərbaycanda, Bakıda hansı işlər həyata keçirilir. Azərbaycan, Bakı siyasi-iqtisadi sahələrdə dialoqun keçirildiyi, formalaşdığı yerlərdən birinə çevrilibdir. Azərbaycan, Bakı artıq çox mötəbər beynəlxalq forumların keçirilməsi məkanına çevrilmişdir" İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, müstəqil ölkə olaraq biz yalnız 20 ildir ki, mövcuduq.
"Ötən il biz müstəqilliyimizin 20-ci ildönümünü qeyd etdik. Müstəqilliyimiz bizim üçün və xalqımız üçün ən böyük xoşbəxtlikdir, ən böyük dəyərdir. Xalqımız azadlıq fikri ilə yaşayıb və bu müstəqilliyə nail olubdur. İndi Azərbaycan artıq 20 ildir ki, beynəlxalq birliyin üzvüdür və uğurla inkişaf edir. Bu 20 il ərzində həm siyasi, həm də iqtisadi sahədə çox ciddi dəyişikliklər baş vermişdir. Əvvəllər Azərbaycan həm müstəqil, həm də azad deyildi. Ona görə ki, biz totalitar bir ölkə çərçivəsində yaşayırdıq.
Ona görə, müstəqillikdən sonra bizdə siyasi müstəvidə dəyişikliklər, transformasiya baş verdi. Dövlətçiliyimizin qurulması bizim üçün çox böyük önəm daşıyırdı, bizim üçün böyük imkanlar yaratmışdı. Ancaq çoxlu çətinliklər də oldu. Lakin buna baxmayaraq, biz müstəqilliyimizin qazanılması ilə artıq möhkəm dövlətçiliyimizi yarada və iqtisadi-siyasi sahələrdə güclü transformasiyaya malik ola bildik. İndi demokratik prosesimizi inkişaf etdirir, gücləndiririk. Biz qanunun aliliyi, insan haqlarının müdafiəsi və qorunması sahələrinə çox böyük önəm veririk. Azərbaycanda bütün siyasi qurumlar, tərəflər öz fəaliyyətini uğurla davam etdirirlər.
Eyni zamanda, biz əlbəttə, iqtisadi müstəvidə də transformasiyaya çox böyük önəm vermişik və veririk. Ona görə ki, iqtisadi sahəni inkişaf etdirmədən və güclü iqtisadiyyat qurmadan siyasi islahatlar mümkün deyildir. Ona görə də biz bu islahatları paralel olaraq həm siyasi, həm iqtisadi müstəvidə apardıq. Siyasi və iqtisadi islahatlar bir-birini dəstəkləmişdir və bugünkü Azərbaycan onu göstərir ki, biz düzgün yolu seçdik və düzgün işlər gördük" dövlət başçısı qeyd edib

İlham Əliyev bildirib ki, son on il ərzində Azərbaycanda iqtisadi inkişaf dünyada ən sürətli olmuşdur.

"Bizim iqtisadiyyatımız üç dəfə artmışdır. Sənaye istehsalı üç dəfə artmışdır. Eyni zamanda, biz sosial problemlərin həllinə çox böyük önəm vermişik. Ona görə ki, həddən çox çətin iqtisadi islahatlar bəzi ölkələrdə insanların narazılığına səbəb olur. Lakin Azərbaycanda bu, olmamışdır. Azərbaycanda yoxsulluğun səviyyəsi son səkkiz il ərzində beş dəfə azalaraq 7 faizə enmişdir. Bundan başqa, biz onu nümayiş etdirə bildik ki, bazar iqtisadiyyatı yolu ilə inkişaf etmək sosial məsələlərin unudulması demək deyildir.
Azərbaycan sabit iqtisadiyyata malik olan bir ölkədir. Bizdə işsizlik səviyyəsi 5,4 faizdir. Xarici borc ümumi daxili məhsulumuzun yalnız 7 faizini təşkil edir. Bizim ixracımız idxalımızdan bir neçə dəfə yüksəkdir.

İqtisadi transformasiya, dəyişikliklər bizə daha çox islahatlar həyata keçirməyə imkan yaratmışdır və ölkəmizdə tamamilə yeni bir vəziyyətin yaradılmasına imkan vermişdir. Azərbaycan öz hesabına yaşayan, öz hesabına inkişaf edən ölkədir. Azərbaycan, eyni zamanda, çox önəmli xarici siyasətini də inkişaf etdirir. Zənnimcə, bu, hər bir ölkə üçün çox önəmli bir məsələdir. Xüsusilə də o ölkə üçün ki, uzun müddət, əsrlərlə müstəqil olmamışdır.

Beləliklə, regional əməkdaşlıq məsələləri, eyni zamanda, bizim üçün çox önəmlidir. Biz regional əməkdaşlığı gücləndirmək üçün bir neçə layihə başlamışıq və bu layihələr xalqımıza və qonşularımıza fayda verəcəkdir. Biz düşünürük ki, regional əməkdaşlıq regional təhlükəsizlik olmadan mümkün deyildir. Ona görə də Azərbaycanın regionda artan təsiri bölgədə stabilləşdirici amildir, onun əsasını yaratmışdır" Prezident nitqində söyləyib.

Prezident xatırladıb ki, müstəqilliyimizi bərpa etdikdən sonra əsas problemlərdən biri Ermənistan tərəfindən torpaqlarımızın işğalı olmuşdu.
"Bu, bizə çox böyük zərbə vurmuşdur. Bu, ümumiyyətlə, regionun təhlükəsizliyinə, əməkdaşlığına çox böyük zərbə vurmuşdur. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınmış tarixi ərazisidir və Ermənistan bu torpaqları işğal etmişdir. Ermənistan Azərbaycanın bu torpaqlarında etnik təmizləmə aparmışdır. Ümumilikdə 20 faiz torpağımız indi erməni işğalı altındadır. BMT-nin qətnamələri, Helsinki xartiyası vardır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr Ermənistandan öz qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Lakin onlar bu qətnamələri icra etməmişlər. Avropa Şurası, ATƏT və başqa mötəbər beynəlxalq təşkilatlar belə qətnamələr qəbul etmişlər. Lakin bunlara əməl olunmamışdır. Bundan başqa, bu qətnamələrin uzun illər ərzində icra olunmaması beynəlxalq təşkilatların bu sahədə işlərinin dəyərini sual altına qoyur. Dağlıq Qarabağ demək olar ki, Azərbaycanın mərkəzində yerləşir və münaqişə ilə bağlı qəbul edilmiş bütün qətnamələr bu torpaqların işğaldan azad olunması, oradan zorla çıxarılmış, qovulmuş insanların öz doğma torpaqlarına qaytarılması ilə bağlıdır. Bununla bağlı ATƏT-in faktaraşdırıcı missiyalarının orada keçirilən missiyaları göstərmişdir ki, bizim torpaqlarda - Dağlıq Qarabağda olan bütün tarixi, mədəni abidələr dağıdılmışdır. Lakin mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Ona görə ki, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən qəbul olunmuşdur. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və bu, bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuşdur. Dağlıq Qarabağ ayrıca bir ölkə kimi heç bir dövlət tərəfindən qəbul olunmamışdır.

Biz bu sahədə böyük diplomatik səylər görürük. Biz iqtisadiyyatımızı gücləndiririk. Əminəm ki, bütün bu amillər bizə öz suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməyə imkan verəcəkdir. Münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipi əsasında, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. O aktda qeyd olunmuşdur ki, ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyin etmək prinsipi ilə ziddiyyət yaratmamalıdır və xalqların öz müqəddəratını müəyyən etmək hüququ ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmalıdır" dövlət başçısı deyib.

Dövlət başçısının sözlərinə görə, bütün bu məsələlər bizim əsas prioritetlərimizdir.
"Bizim xarici siyasətimiz tam aydındır. Biz siyasi və iqtisadi nöqteyi-nəzərdən beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətimizi belə qururuq.

Bildiyiniz kimi, Azərbaycan bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan indi qlobal təhlükəsizlik məsələlərində öz səsinə malikdir. Ötən ay Azərbaycan dünyanın bir nömrəli beynəlxalq təşkilatı olan Təhlükəsizlik Şurasına sədrlik etmişdir və namizədliyimizi dəstəkləyən bütün ölkələrə təşəkkürümü bildirmək istərdim. Bu, onu göstərir ki, ötən 20 il ərzində ölkəmiz özünü etibarlı tərəfdaş kimi tanıda bilmişdir. Təhlükəsiz Şurasının qeyri-daimi üzvü seçilərkən bizi 155 ölkə dəstəkləmişdir. Bizi dəstəkləyən, Azərbaycana inanan ölkələrin etimadını doğruldacağıq. Bu seçimdən sonra mən nitq söylədim, dedim ki, Azərbaycan ədalət və beynəlxalq hüquq prinsipləri əsasında fəaliyyət göstərir. Mən onu da qeyd etdim ki, əksər hallarda beynəlxalq hüquq və ədalət pozulur. Biz istəməzdik ki, bu, belə olsun. Azərbaycan buna yol verməyəcəkdir. Ona görə ki, bütün bu pozuntular beynəlxalq birliyin böyük problemləridir. Ona görə ki, belə münaqişələrin həll olunması üçün qəbul edilən qətnamələr, sənədlər işləmirsə və beynəlxalq qurumların verdikləri qərarlar bəzi ölkələr tərəfindən nəzərə alınmırsa, onlara əməl edilmirsə, onda biz düşünməliyik ki, belə beynəlxalq qurumların, onların qərarlarının səmərəli olması üçün nə etməliyik. Hərdən elə hallar olur ki, beynəlxalq təşkilatların, məsələn, xüsusilə də Təhlükəsizlik Şurasının qərarları bir neçə saat ərzində icra edilir. Amma bizim problemimizlə bağlı təəssüf ki, bu, belə olmamışdır.

Qlobal gündəlikdə duran məsuliyyətdən biri sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır. Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan çox gözəl başa düşür ki, biz bu işdə çox fəal olmalıyıq. Bizim ümumilikdə əsas məqsədlərimiz əməkdaşlığı genişləndirməkdir. Biz əməkdaşlıq və birgə qarşılıqlı dəstək nəticəsində məqsədlərimizə nail ola bilərik. Bizim bu siyasətimiz, beynəlxalq məsələlərə də, enerji məsələlərinə də aiddir. Siz bilirsiniz ki, Azərbaycan böyük neft və qaz ehtiyatlarına malikdir. Bizim enerji təhlükəsizliyi siyasətimiz çox aydındır və dəqiqdir. Əminəm ki, enerji təhlükəsizliyi ilə bağlı danışıqlar başlayanda müzakirələr çox maraqlı olacaqdır. Mənə elə gəlir ki, enerji təhlükəsizliyinin qarşısını nə alırsa, onu müzakirə etməyə dəyər.

Azərbaycan bu sahədə investorlarla, sərmayə qoyan tərəflərlə, şirkətlərlə qarşılıqlı maraqlar əsasında səmərəli münasibətlərin qurulmasının tərəfdarıdır və bunu həyata keçirir. Bundan başqa, enerji siyasətinin yeni müstəvilərinin açılmasının tərəfdarıdır. Bundan başqa, Azərbaycan bu siyasəti həyata keçirməklə qarşısına iqtisadi rifaha və qarşılıqlı dəstəyə nail olmaq prinsiplərini və məqsədlərini qoyur" Prezident deyib.
Dövlət başçısı bildirib ki, enerji amillərindən heç vaxt siyasi məqsədlərə, hansısa başqa mənfəətlərə nail olmaq üçün istifadə edilməməlidir.

"Bizim ölkəmizdə enerji ehtiyatlarından çox məsuliyyətli şəkildə istifadə olunur. Bizim gündəlikdə olan bütün layihələr hələ 1990-cı illərdən başlayaraq çox uğurla həyata keçirilmişdir. Biz bir neçə neft və qaz boru kəməri layihəsini həyata keçirmişik. Bunlar bu gün bizim enerji ehtiyatlarımızın müxtəlif istiqamətlərdə nəqlinə imkan yaradır. Azərbaycanın enerji ehtiyatları bəzi Avropa ölkələrinin ümumilikdə enerji balansının 25-30 faizini təşkil edir və bu rəqəm artır. Azərbaycan, əsasən neft ölkəsi kimi tanınmışdır. Belə ki, ilk dəfə nefti Azərbaycanda tapmışdılar və quruda da ilk dəfə neft Azərbaycanda hasil olunmuşdur. İndi Azərbaycan bütün qlobal enerji təhlükəsizliyi məsələlərində həm də böyük qaz ehtiyatlarına malik olan ölkə kimi tanınmışdır.

Transanadolu Qaz Boru Kəmərinin inşasına dair Türkiyə ilə Azərbaycan arasında bu yaxınlarda imzalanmış müqavilə bunun bariz nümunəsidir. Biz bu layihənin həyata keçirilməsi ilə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında dəhliz açmış olacağıq. Bu, həm bizim üçün, həm də qonşularımız üçün bir enerji layihəsidir. Bu dəhlizdən artıq nəqliyyat infrastrukturu kimi istifadə olunmuşdur. Bu, tarixən Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqə yaratmaq üçün istifadə edilən bir dəhliz olmuşdur. Bu, eyni zamanda, İpək Yolunun bərpa olunmasına da öz töhfəsini verəcəkdir. Bütün bu layihələr Azərbaycanın qonşularına da fayda verəcəkdir. Biz bununla həm regionda, həm də ümumiyyətlə qitədə enerji xəritəsini dəyişmiş olacağıq. Əlbəttə ki, gündəliyimizdə olan bütün enerji layihələrini nəzərə alaraq, potensialımızı, təchizat potensialını və Avropa istehlakçılarının artan ehtiyaclarını bilirik.

Bundan başqa, təbii qaza olan ehtiyac xüsusilə də nüvə enerjisi istehsalı məntəqələrinin bağlanmasından sonra daha da artacaqdır. 2020-ci ildən sonra bu, xüsusilə böyük önəm daşıyacaqdır. Azərbaycan böyük enerji ehtiyatlarına malik bir ölkə kimi həmin vaxt Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynayacaqdır. Biz hazırda bu məsələlər üzərində işləyirik. Biz bilirik ki, şaxələndirmə məsələsi nə dərəcədə önəmlidir. Ona görə ki, bu məsələ həm istehsalçılar, həm istehlakçılar və həm də bütün ölkələr üçün önəmlidir. İstehsalçı, istehlakçı və tranzit ölkələr arasında münasibətlərin düzgün qurulması uğura gətirən yoldur. Əminəm ki, bizim yeni layihəmiz uğurla həyata keçiriləcəkdir. Ona görə ki, bizim bu sahədə çox güclü iradəmiz vardır. Biz bunu bilirik. Bundan başqa, bizim lazımi maliyyə gücümüz vardır. Texniki nöqteyi-nəzərdən də biz bu sahədə çox bacarıqlıyıq. Bundan başqa, bizim regionda ənənəvi qonşularımızla, müttəfiqlərimizlə çox gözəl münasibətlərimiz vardır. Bu günə kimi, başladığımız heç bir layihə uğursuzluğa düçar olmamışdır. Ona görə də biz işimizi belə də davam etdirəcəyik.

Forumun gündəliyi çox genişdir, çox mühüm məsələləri əhatə edir. Əminəm ki, sizin fikirləriniz bu müzakirələrdə yeni ideyaların, yeni yanaşmaların ortaya çıxmasına xidmət edəcəkdir. Biz gələcək üçün bu ideyaların üzərində birlikdə işləyəcəyik" Prezident nitqində söyləyib.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili çıxışında yenidən Bakıda olmağından qürur hissi keçirdiyini vurğuladı. O, beynəlxalq tədbirin Bakıda, gözəl bir yeni binada - Heydər Əliyev Mərkəzində keçirilməsini Azərbaycanın sürətli iqtisadi inkişafı və beynəlxalq aləmdə qazandığı nüfuzla əlaqələndirərək dedi:

"Mən Azərbaycana birinci dəfə 1990-cı illərin əvvəllərində gəlmişdim. Çox xaotik, çox pərakəndə şəkildə fəaliyyətdə olan bir ölkə idi. Çoxlu yoxsul insanlar var idi, onların sayı çox idi. Bundan başqa, müharibə vaxtı idi, müharibənin yükü çox böyük idi. Doğrudan da ölkədə elə bil ki, ümidlər yox idi. Ölkənin inkişafı üçün heç bir ümid hiss olunmurdu.
Sovet vaxtında da Azərbaycanda təbii ehtiyatlar var idi. Lakin ölkə yenə də o qədər zəngin deyildi və kasıb idi. Ona görə də hər şeyi sadəcə olaraq təbii ehtiyatlarla bağlamaq olmaz. Məsələn, dünyada təbii ehtiyatları olan başqa ölkələr də vardır. Biz o ölkələrdə həmin təbii ehtiyatların düzgün paylanmasını görmürük. Biz həmin ölkələrdə o təbii ehtiyatların olmasına baxmayaraq, orada bu tərəqqini görmürük. O ölkələr regionda öz qonşuları ilə bu sahədə əməkdaşlıq etmirlər, bu sahədə uğurlu deyillər. Lakin Azərbaycan əslində öz enerji ehtiyatlarının paylanılması, düzgün bölünməsi sayəsində iqtisadi sahədə çox uğurlar əldə etmişdir.

Bundan başqa, sosial, mədəniyyət və təhsil sahələrində böyük inkişafa nail olunmuşdur. Yeni məktəblər tikilmiş, istifadəyə verilmişdir. Bu, bütün regiona örnəkdir. Ona görə ki, bu məsələlər Azərbaycanda həm də çox ucqar kəndlərdə həll olunur. Bundan başqa, Azərbaycan beynəlxalq müstəvidə, beynəlxalq aləmdə çox gözəl təmsil olunmuşdur".
Mixeil Saakaşvili vaxtilə enerji və yanacaq çatışmazlığı ilə bağlı Gürcüstanda yaranmış ağır vəziyyət zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizmi xatırladı və buna görə bir daha Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirdi. Gürcüstan Prezidenti çıxışında qloballaşma məsələlərinə toxundu, ölkəsində həyata keçirilən sosial-iqtisadi islahatlardan danışdı. "Regional əməkdaşlıq regional təhlükəsizliyi əks etdirir", - deyən Saakaşvili bu mənada həyata keçirilən layihələrə toxundu və tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun beynəlxalq əhəmiyyətini qeyd etdi. Gürcüstan dövlətinin başçısı "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilinin Azərbaycanın daha bir uğuru kimi dəyərləndirdi.

Monteneqro Prezidenti Filip Vuyanoviç Krans Montana Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirərək dedi:
"Mənə Azərbaycanın nailiyyətləri çox böyük təsir bağışladı. Mən rəsmi səfərlərimdə Azərbaycan haqqında çox şey öyrənmişəm. Azərbaycan rəhbərliyi ilə çoxlu müxtəlif görüşlər keçirmişəm. Azərbaycanın beynəlxalq prinsiplərə nə dərəcədə yaxın olduğunu gördüm. Mən gördüm ki, Azərbaycan öz tarixinə hörmətlə yanaşır, yenicə qazandığı müstəqilliyini qoruyub saxlayır, iqtisadi nöqteyi-nəzərdən çox sabit bir ölkədir. Çoxlu nailiyyətləri vardır. Azərbaycanın gələcəyə çox dəqiq baxışı vardır. Azərbaycanın başqa ölkələrlə çox gözəl əməkdaşlığı vardır. Bundan başqa, mən Avropa İttifaqı ilə sizin münasibətlərinizin belə inkişaf etməsi ilə bağlı verdiyiniz qərarları çox dəstəkləyirəm və bu qərarlara hörmətlə yanaşıram. Həmçinin, ehtiyac olduqda sizin regiondakı ölkələri belə dəstəklədiyinizi də çox alqışlayıram.

Monteneqronun nümayəndəsi olaraq, mən Azərbaycan rəhbərliyinə təşəkkürümü bildirmək istərdim. Xüsusilə də Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirirəm. Bizim ölkəmizlə yaranmış bu gözəl münasibətlərə və əməkdaşlığa görə təşəkkürümü bildirmək istərdim. Coğrafi nöqteyi-nəzərdən o qədər də bir-birinə yaxın olmayan ölkələr arasında belə gözəl əməkdaşlığın yaradılması doğrudan da böyük işdir. Buna görə sizə təşəkkürümü bildirmək istərdim.

Hər bir dövlətin əsas məqsədinin iqtisadi inkişafa nail olmaqla əhalinin rifahını yaxşılaşdırmaqdan ibarət olduğunu vurğulayan Monteneqro Prezidenti dövlət və özəl sektorlar arasında əməkdaşlığın genişləndirilməsində ölkəsinin təcrübəsindən danışdı. Dövlətin sosial ədalətin və ekoloji tarazlığın qorunmasında məsuliyyətinə toxunan Filip Vuyanoviç bu məsələlərdə bütün ölkələrin əməkdaşlığının önəminə də toxundu. O, qeyd etdi ki, XXI əsrin yeni iqtisadi modelində işsizliyin aradan qaldırılması, təhsilin və mədəniyyətin inkişafı mühüm əhəmiyyət daşıyır və Monteneqro inkişaf edən cəmiyyət formalaşdırmaq üçün bu amilləri diqqət mərkəzində saxlayır".

Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanov dedi ki, dünya qloballaşdıqca dəyişir və bu, bütün sahələrdə öz əksini tapır. O, dünyada gedən miqrasiya problemlərinə toxundu, yoxsulluğun, baş verən münaqişələrin fonunda insanların rifahını düşünməyin aktuallığından danışdı. George İvanov ölkəsinin inkişaf mərhələləri barədə də məlumat verdi. NATO-ya üzvlük, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi ilə bağlı prioritetlərdən söhbət açdı. Makedoniya Prezidenti ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini vurğulayaraq bildirdi:
"Biz bilirik ki, Azərbaycan neft və qaz ehtiyatları ilə çox zəngin bir ölkədir. Biz də Azərbaycan ilə bu sahədə əməkdaşlıq etməyə çox şadıq. Bilirsiniz ki, Makedoniya da Azərbaycan kimi öz regionunda önəmli bir yer tutur, önəmli bir enerji dəhlizi rolunu oynayır. Ona görə biz Azərbaycan kimi, bu sahədə enerji marşrutlarının şaxələndirilməsinə daha çox önəm veririk".

Sonra söz Birləşmiş Ərəb Əmirliyinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqiyə verildi. O dedi:
"Zati-aliləri cənab Prezident İlham Əliyev, əziz dostlar!
İlk növbədə, icazə verin bu cür vacib tədbirin təşkil edilməsi üçün göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təşəkkür edim.
Enerji təhlükəsizliyi məsələsi insan təhlükəsizliyinin təminində vacib amillərdən biridir. Mən qonaqpərvərliyinə görə cənab İlham Əliyevə çox təşəkkür etmək istərdim. Çox şadam ki, Sizinlə belə gözəl şəhərdə, gözəl ölkədə görüşə bildim. Bu gözəl forumda Birləşmiş Ərəb Əmirliklərini təmsil etdiyim üçün çox şadam.

"XXI əsrdə inkişaf üçün böyük potensial vardır",- deyən Birləşmiş Ərəb Əmirliyinin nümayəndəsi bildirdi ki, enerji təhlükəsizliyi müasir dünyada əsl insan dəyəridir, biz bunu dəstəkləyib inkişaf etdirməliyik.

İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveys Bakıda keçirilən bu mötəbər tədbirin dünya ölkələri arasında əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcəyinə əminliyini bildirdi. O, ölkəsinin neft ehtiyatları, neftdən əldə olunan gəlirlərin istifadə mexanizmi, həmçinin qeyri-neft sektoruna göstərilən diqqətdən də danışdı. Rouş Nuri Şaveys İraqda aparılan demokratik proseslərə verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edərək dedi:
"Mən Zati-aliləri Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istərdim. İraqda aparılan demokratik proseslərdə dəstək verdiyinə görə Azərbaycana təşəkkürümü bildirmək istərdim. Azərbaycan bu sahədə 2003-cü ildən fəaldır. Qonaqpərvərliyinizə görə bir daha təşəkkürümü bildirirəm. Ümumiyyətlə, gözəl Bakı şəhərində dostlar arasında olmaqdan çox şadam. Forumun təşkil olunmasında səy göstərdiyinə görə Jan Pol Karterona təşəkkür etmək istərdim. Mən Heydər Əliyev Mərkəzində olmaqdan çox böyük qürur hissi duyuram. Bu binanın memarı iraqlı xanımdır. Mən bunu xüsusilə qeyd etmək istərdim".
Estoniya parlamentinin sədri xanım Ene Erqman Sovet İttifaqının dağılmasından sonra bir çox ölkələrdə gedən iqtisadi inkişaf proseslərindən danışdı və bu baxımdan Azərbaycanda baş verən yeniliklərə heyran qaldığını vurğulayaraq bildirdi:
"Mən birinci dəfədir ki, Bakıdayam. Bilirsiniz ki, mən Sovet İttifaqı dövrünü də görmüşəm. O vaxt biz, üzr istəyirəm bu sözlərimə görə, Bakıya gəlmək istəmirdik. Düşünürdük ki, bu, neft emalı şəhəridir, burada maraqlı bir şey yoxdur. Lakin biz bu gün görürük ki, insanlar öz həyatları üçün məsələlərə məsuliyyətlə yanaşsalar, hər şey necə dəyişə bilər. Allahın verdiyi ehtiyatlardan düzgün istifadə etdikdə nəyə nail olmaq olar. Prezident İlham Əliyev demişdir ki, enerji ehtiyatlarından siyasi təzyiq, siyasi məqsəd üçün istifadə oluna bilməz. Bu, çox düzgün deyilmişdir. Ona görə ki, enerjidən iqtisadiyyatın inkişafı üçün istifadə etməliyik. Ölkələr iqtisadi vəziyyətlərini düzəltsələr, yoxsulluğu azalda bilərlər. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Mən sizin dediyiniz bütün məsələlərlə tam razıyam. Avropaya bir mənbədən deyil, müxtəlif enerji qaynaqları lazımdır. Siz qeyd etdiniz ki, müxtəlif dəhlizlər yaratmısınız. Müxtəlif enerji dəhlizləri üzrə layihələr həyata keçirmisiniz. Mən bunu çox yüksək qiymətləndirirəm".

Xanım Erqman Krans Montana Forumunun əhəmiyyətindən danışdı və dünyada gedən qloballaşma prosesinin müxtəlif aspektlərdən müzakirəsi üçün Bakıda keçirilən bu tədbirin münbit şərait yaratdığını vurğuladı.

Sonra forumda müzakirələr başlandı. Ötən illərdə Gürcüstanın qazandığı nailiyyətləri xarakterizə edən Prezident Mixeil SAAKAŞVİLİ ölkəsinin Azərbaycan ilə uğurlu əməkdaşlıq qurduğunu, həmçinin respublikamızın, paytaxt Bakının çox sürətlə inkişaf etdiyini vurğulayaraq dedi:

"Baxın, indi Azərbaycana. Belə inkişaf kimin ağlına gələrdi?! Estoniyadan da xanım bunu dedi. Bəli, əvvəllər - sovet vaxtı heç kim heç düşünmürdü də Bakıya o qədər gələk. Hamı düşünürdü ki, bu bir neft şəhəridir və s. Lakin hətta beş il bundan qabaq Bakı fərqli idi. Üç il bundan qabaq Bakı fərqli görünüşə malik idi. Bakı elə bir şəhərdir ki, saatlar ərzində dəyişir. Artıq aylardan, illərdən söhbət getmir. Bu, onu göstərir ki, bilirsiniz, biz bir-birimizi tamamlayırıq. Bizim aramızda, Gürcüstan ilə Azərbaycan arasında bu sinergiya, bu birləşmə, bu əməkdaşlıq bizə çox dəstək olur".
Müzakirələr zamanı Estoniya-Avropa İttifaqı əlaqələri barədə də geniş fikir mübadiləsi aparıldı.

Növbəti sual Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandı.
"Növbəti 15 il üçün Azərbaycanın iqtisadi strukturunu Azərbaycan Prezidenti necə görür?" sualına cavabında Prezident İlham Əliyev deyib ki, əslində doğrudan da, bu, indi bizim diqqət dairəmizdə olan məsələlərdən biridir.

"Bilirsiniz ki, iqtisadiyyatımızın sürətli inkişafı elə enerji sahəsinin inkişafı ilə başlanmışdır. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatına 100 milyarddan çox sərmayə qoyulmuşdur və sərmayə qoyuluşu üçün çox münbit şərait yaradılmışdır. Lakin enerji layihələrindən əldə etdiyimiz gəlirlərdən çox səmərəli şəkildə istifadə edirik. Biz "holland sindromu"nun ölkəmizdə baş verməsinə yol vermədik. Bəzi təhlilçilər proqnoz verirdilər ki, Azərbaycanda da "holland sindromu" olacaqdır. Lakin bu, belə olmadı. Biz Dövlət Neft Fondunu yaratdıq. Bu gəlirlər orada toplanır. Aktivlərimiz də orada toplanır. Biz aktiv və passivlərimizi idarə edə bilirik və Neft Fondunun idarəçiliyi parlament debatları əsasında həyata keçirilir. Yəni, deputatlar qərar qəbul edirlər ki, oradan nə qədər vəsait götürülməlidir və hara istifadə olunmalıdır. Bundan başqa, biz bu vəsaitləri əsasən layihələrin inkişaf etdirilməsi üçün xərcləyirik. Biz regionlarda, əyalətlərdə insanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün bunu sərf edirik. 2004-cü ildə qəbul olunan ən önəmli proqramlardan biri regionların inkişaf etdirilməsi dövlət proqramı idi. Bu, bizə 9 milyonluq əhalisi olan ölkədə bir milyondan çox iş yerinin yaradılmasına imkan vermişdir. Əvvəldə dediyim kimi, 8 il bundan qabaq yoxsulluq səviyyəsi 49 faiz idi, indi 7 faizdir. Gələcək onilliklər üçün bizim bununla bağlı çox aydın baxışımız vardır.

Azərbaycanı 2020-2030-cu illərdə biz necə görürük?! Bizim əsas məqsədimiz son 8 ildə üç dəfə artmış ümumi daxili məhsulun daha iki dəfə artırılmasıdır və xüsusilə də bunun qeyri-neft və qaz sektorunda olmasını nəzərdə tutmuşuq. Bundan başqa, məqsədimiz İKT sahəsinin, müasir sənaye sahələrinin inkişaf etdirilməsidir. Biz Azərbaycanı adambaşına düşən yüksək gəlirli ölkəyə çevirmək istəyirik. Bir neçə il bundan əvvəl neftin qiyməti 140 dollardan 40 dollara düşəndə belə, bizim iqtisadiyyatımız güclü idi. Ona görə ki, artıq çoxşaxələnmə siyasəti həyata keçirilirdi. Bundan başqa, üç güclü reytinq şirkəti - Standard & Poor's, Fitch, Moody's Azərbaycanın reytinqini artırmışdır. Bu, o deməkdir ki, beynəlxalq maliyyə institutları da bizim gələcəyimizə inanırlar. Biz İKT-nin inkişaf etdirilməsini, texnoloji parkların, kosmos sənayesinin inkişaf etdirilməsini nəzərdə tutmuşuq. Artıq elə bir məqsədə nail olmaq istəyirik ki, gələcəkdə bizim dövlət məmurlarımız öz işlərinə başlayanda birinci neft qiymətlərinin necə olmasına baxmadan başlasınlar".

Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanov ölkəsinin Avropa İttifaqı ilə əməkdaşlığının gələcəyinə böyük ümidlər bəslədiyini vurğuladı.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri Prezident İlham Əliyevə sualında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi:
"Prezident düzgün dedi ki, BMT Təhlükəsizlik Şurası çoxlu qətnamələr qəbul etmişdir və bu qətnamələr işğalçılardan Azərbaycan torpaqlarından çıxmağı tələb edir.

Zati-aliləri cənab Prezident bu işğalın necə, hansı yollarla bitməsini düşünür. Ona görə ki, Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında olması beynəlxalq hüquqa ziddir. Ona görə ki, bu, eyni zamanda, regionda olan sabitliyə çox böyük zərbə vurur, çoxlu sayda Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıtmasının qarşısını alır. Əlbəttə ki, bu, insanların sadəcə olaraq, ləyaqətlərinə zərbə vurur və yoxsulluğa da təsirini göstərir. Sizcə, nəyə görə beynəlxalq təşkilatlar bu qətnamələri icra etmirlər? Bu işğala son qoymaq üçün yenə nə etmək lazımdır? Qeyd olunduğu kimi, Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Nəyə görə biz hamımız öz səsimizi qaldırmayaq? Nəyə görə tələb etməyək ki, həmin qətnamələr icra olunsun, işğal olunan torpaqlar azad edilsin? Bu, axı, beynəlxalq ikiüzlülükdür! Yəni, ən yüksək beynəlxalq dairələrdə qətnamə qəbul etmək, sonra da onları icra etməmək. Ona görə də mən istərdim ki, bu forum öz işinin sonunda bir bəyannamə qəbul etsin. Bu bəyannamə də Azərbaycanın hüquqlarını dəstəkləsin.
Zati-aliləri, gələcəkdə biz, doğrudan da, bu dilemmanın həll olunmasının yollarını necə tapa biləriksə, bu haqda öz fikirlərinizi söyləsəniz bunu yüksək qiymətləndirərdim.

Prezident İlham Əliyev öz növbəsində deyib:
"Sualınıza görə çox sağ olun cənab Əl -Tüveycri. Doğrudan da bu, yalnız Azərbaycan üçün deyil, demək olar ki, bütün region üçün çox ciddi, böyük bir problemdir. Bu, Cənubi Qafqaz ölkələri üçün çox böyük bir təhdid, maneə yaradır. Gələcəkdə birlikdə inkişafın qarşısını alır. Bundan başqa, Azərbaycan ərazilərinin işğal edilməsi, yüz minlərlə qaçqın və köçkünün olması məsələsi çox böyük problemdir. Əlbəttə ki, buna baxmayaraq,

Azərbaycanda son illər ərzində çox böyük nailiyyətlər qazanılmışdır. Biz bununla çox böyük qürur hissi keçiririk. Bu qətnamələrin icrası mənə elə gəlir ki, Ermənistanın marağında olmalıdır. Mən əminəm ki, Ermənistan bu işğaldan heç nə qazanmır. Birincisi, bu, tarixi nöqteyi-nəzərdən ədalətsizlikdir. Biz tarixdən bilirik ki, ermənilər qonşu ərazilərdən Dağlıq Qarabağa XIX əsrin əvvəlində köçürülmüşlər. "Qarabağ" sözü Azərbaycan mənşəli sözdür. Dağlıq Qarabağ inzibati ərazi vahidi inqilabdan sonra, sovet dövründə Azərbaycanın tərkibində yaradılmışdır. Onun Ermənistan ilə heç bir inzibati sərhədləri yox idi. Bu məkan Azərbaycanın daxilində, mərkəzində yerləşir. Sovet İttifaqının dağılmasından sonra ermənilər, Ermənistan, Qarabağda olan separatçılar Azərbaycana qarşı müharibəyə başladılar. Orada yaşayan bütün azərbaycanlıları Dağlıq Qarabağın özündən və ətraf rayonlardan çıxardılar və indi həm Dağlıq Qarabağı, həm də ətrafda olan rayonları işğal altında saxlayırlar. Eyni zamanda, etnik təmizləmə apardılar, mən artıq bu haqda qeyd etdim.

Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin icrasına başlamalıdır. Bu, onun xeyrinədir. Biz heç vaxt icazə vermərik ki, Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradılsın. Qətnamələr yalnız belə həll olunmalıdır və nəyə görə problem həll olunmayıb, bu da çox aydındır. Beynəlxalq birlik, Təhlükəsizlik Şurasında bu qətnamələri qəbul edən ölkələr işğalçıya kifayət qədər təsir göstərmirlər. Əlbəttə, təsir olmalıdır. İşğal aydındır, heç kim bunu inkar etmir, hamı bunu bilir. İşğala son qoyulmalıdır. Biz bu yaxınlarda bununla bağlı bəzi müsbət mülahizələr eşitmişik. Xüsusilə də, məsələn, Minsk qrupunun həmsədrləri tərəfindən. Onlar bildirirlər ki, status-kvo artıq qəbulolunmazdır. Bu, müsbət bir mülahizədir.

Bu status-kvonu necə dəyişə bilərik, kim dəyişməlidir? Ermənistan işğal olunmuş əraziləri tərk etməyə başlamalıdır, bundan sonra artıq əlaqə yarana, qaçqınlarımızın oraya köçürülməsi başlaya bilər, praktiki tədbirlər görülər. Lakin Ermənistan bunu etmir. Ancaq status-kvonun qəbulolunmazlığı ilə bağlı fikirlər artıq müsbət bir siqnaldır. Digər müsbət bir siqnal ondan ibarətdir ki, vasitəçilər bu münaqişənin yalnız sülh yolu ilə həll olunmasının mümkünlüyünü qeyd etmişlər. Biz bununla razıyıq. Lakin Ermənistanda sülh yolunu danışıqları uzatmaq, bu torpaqları istədikləri qədər işğal altında saxlamaq kimi başa düşürlər. Onlar elə zənn edirlər ki, danışıqlar hələ 20 il də gedə bilər.

ATƏT-in Minsk qrupu da bilirsiniz artıq neçə illərdir ki, yaranıb və fəaliyyətdədir. Mən bu qeyri-adi vəziyyətin yaranmasından təəssüf hissi keçirirəm. Yadınızdadırsa, Liviya barədə qətnamə bir neçə saat ərzində icra olundu. Ancaq Azərbaycanla, Dağlıq Qarabağla bağlı qətnamələr 20 ildir ki, icra olunmur. Bu nə deməkdir? Bu ikili standartlardır. Nəyə görə, səbəb nədən ibarətdir? Səbəblər haqqında çox danışa bilərəm. Səbəblərdən biri ikili standartlardır, ikincisi dünyada Ermənistan diasporudur. Bu diaspor Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini güclü şəkildə dəstəkləyir. Başqa səbəblərə gədikdə, onlar da öz rolunu oynayır. Lakin qeyd etdiyim əsas səbəblər bu səbəblərdir. Zənnimcə, bu məsələni beynəlxalq hüquqa uyğun olaraq həll etmək Ermənistanın xeyrinədir. Ona görə ki, onlar bu işğaldan heç bir bəhrə görmürlər. Orada hər şey dağıdılıb, həyat yoxdur, boşluqdur. Bundan başqa, statistik məlumatlara görə, bu ilin beş ayı ərzində minlərlə Ermənistan vətəndaşı ölkəni tərk etmişdir. Yəni, Ermənistanın əhalisi get-gedə azalır.

Bunun səbəblərindən biri qonşu ölkəyə qarşı işğalçı siyasətin yürüdülməsidir. Bu, beynəlxalq aləmdə Azərbaycana qarşı həmlələr, təbliğatdır. Mən Ermənistanın qonşuluqla bağlı siyasətinin başqa cəhətlərindən danışmaq istəməzdim. Lakin demək istərdim ki, bu, qeyri-dostyana siyasətdir. Bu ölkə öz müstəqilliyindən istifadə edərək qonşuları ilə əlaqələrini, münasibətlərini normallaşdırmalıdır. Ermənistan ilə Azərbaycan arasında güclərin tarazlığı fərqi çox böyükdür. Beş-on ildən sonra bu fərq daha da böyük olacaqdır. Bu boşluq çox böyük olacaqdır, müqayisə olunmayan səviyyədə. Bu, millətlərin milli maraqlarına uyğun olan bir məsələdir. Bu, Ermənistanda gəlib-gedən liderlərlə bağlı olan bir məsələ deyildir. Bu, həmin xalqın öz milli maraqlarına cavab verməli olan məsələsidir.
Biz öz ərazilərimizin, öz suverenliyimizin bərpa olunması üçün əlimizdən gələni edəcəyik".

Forumda iştirak edən Tunisin nümayəndəsi Azərbaycanda təhsil və yeni iş yerlərinin yaradılması ilə bağlı görülən tədbirlərlə maraqlanaraq dedi:
"Mənim sualım Prezident İlham Əliyevədir. Cənab Prezident, qonaqpərvərliyinizə görə sağ olun. Bu gözəl ölkədə apardığınız işlə bağlı Sizi təbrik etmək istərdim. Mənim sualım iş yerlərinin açılması və təhsillə bağlıdır. Tunisdən olaraq demək istərdim ki, biz doğrudan da bu "Ərəb baharı"ı fəlsəfəsi ilə çox yaşadıq. Mənə elə gəlir ki, bizdə baş verən inqilabın əsas səbəblərindən biri təhsil sistemimizin uğursuzluğa düçar olması, məzun tələbələrin iş yerləri tapa bilməməsi idi.

Gələcəkdə məzun tələbələrə iş yerləri açmaq üçün hansı strategiyanız vardır?"
Prezident İlham Əliyev: "Təşəkkür edirəm. Bu, Azərbaycan üçün önəmli məsələdən biridir. Bizim də təhsil üçün strategiyamız vardır və təhsil bizim prioritet istiqamətlərimizdən biridir. Ona görə ki, Azərbaycanda müstəqilliyin son illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlərimiz xalqımızın nailiyyətləridir. Əlbəttə ki, neft və qaz kifayət deyildir. Mən bizim həmkarlarımızın, xüsusilə də neft və qazları olmayanların bu hisslərini çox yaxşı başa düşürəm. Lakin adətən nefti və qazı olan ölkələrin bəzilərində inkişaf olmur, kasıb və zənginlər arasında boşluq artır. Lakin Azərbaycan bu ölkələrdən deyildir. Azərbaycan ümumilikdə neft və qaz hasil edən ölkələrin həcmə görə ən yüksək yeri tutan ölkələr arasında da deyildir. Buna görə də biz neft və qaz sahəsinin inkişafına çox böyük önəm veririk. Mən həmişə demişəm ki, təhsili olmayan gənclər ölkə üçün çox böyük problemlər yaradar. Biz əminik ki, ölkədə yerlərini düzgün tutan yüksək bacarıqlı, peşəkar işçilərin, əməkdaşların, insanların olması çox önəmlidir. Bizim insanlarımız təhsillidir. Bizdə əhali 100 faiz təhsillə əhatə olunmuşdur. Bundan başqa, Prezidentin Sərəncamı ilə gənclərimizə Avropa universitetlərində təhsil almaq üçün imkanlar yaradılır. Bu, Neft Fondu tərəfindən dəstəklənir və minlərlə azərbaycanlı tələbə xaricdə təhsil alır. Azərbaycanda təhsil sistemi belə yaradılıbdır. Gələcəkdə bizdə şərait elə olacaqdır ki, bu səviyyə elə artırılacaqdır ki, vətəndaşlarımızın xaricə təhsil almaq üçün getmələrinə ehtiyac qalmayacaqdır. Zənnimcə, belə forumların keçirilməsi, eyni zamanda, təhsilə də öz töhfəsini vermiş olur. Ona görə ki, burada bizim intellektuallarımız, siyasi elmlə məşğul olan gənclərimiz iştirak edəcəklər. Düşünürəm ki, bir çox gənclərimiz maraqlanırlar ki, bu binada nə baş verir və onlar da bu foruma qoşulmaq, onun işində iştirak etmək istəyirlər.

Mənə elə gəlir ki, bunun siyasi vəziyyətə, işsizliyə o qədər də birbaşa təsiri yoxdur. Bəlkə də Tunisdə bunun belə bir təsiri olmuşdur. Lakin zənnimcə, orada inqilabın səbəbi daha çox sosial və ədalət axtarışı məsələləri ilə bağlıdır, nəinki iş yerləri ilə. Mənə elə gəlir ki, gənclər daha çox istəyirdilər ki, milli sərvətlərində payları olsun. Bu paylarını ala bilmədiklərinə görə orada inqilab baş verdi. Biz müstəqilliyimizin ilk illərində çox yoxsul bir ölkə idik. Sovet İttifaqı ölkələri arasında ən yoxsul ölkələrdən biri idik. Küçələrdə insanlar "Kalaşnikov" avtomatı ilə gəzirdilər, yəni xaos idi. Təxminən 20 il bundan qabaq. Ona görə də sosial ədalət və sərvətlərin ədalətli bölgüsü hər hansı bir inqilabın, xoşagəlməz proseslərin qarşısını ala bilər. Mən bir Prezident kimi deyə bilərəm ki, bu məsələlər daha önəmlidir, hətta ümumi daxili məhsulun üç dəfə artmasından da vacibdir. Çünki bu məsələlərlə biz insanlara daha yaxın oluruq. Ona görə də təhsil, sosial ədalət, korrupsiyaya qarşı mübarizə, iqtisadi inkişaf və hamı üçün bərabər imkanlar prinsipləri çox önəmlidir. Bu prinsiplər ölkənin inkişafına gətirib çıxarmışdır və bu, gələcək üçün əsas istiqamətdir və əsas rəhbər prinsipdir".

Monteneqronun ötən illərdə əsaslı inkişaf yolu keçdiyini konkret faktlarla diqqətə çatdıran Prezident Filip Vuyanoviç ölkəsinin Azərbaycan ilə də sıx əməkdaşlıq qurduğunu vurğulayaraq bildirdı:
"Monteneqro Azərbaycan ilə tamamilə yaxşı iqtisadi münasibətlərə malik olan ölkəyə çevrilməyə hazırdır. Bu, onu göstərir ki, bizim Azərbaycandan olan dostlarımız, Azərbaycandan olan şirkətlər, biznesmenlər görəcəklər ki, Monteneqro elə bir ölkədir ki, orada investorlar üçün münbit şərait yaradılmışdır. Belə ki, burada mənfəət əldə etmək üçün çox yaxşı şərait yaradılmışdır. Ona görə də bizim bu münasibətləri dəstəkləyərək, eyni tarixə malik olmağımız, eyni səylər göstərməyimiz və s. ona gətirib çıxarmışdır ki, ARDNŞ Monteneqroya da sərməyə qoyuluşunu həyata keçirdi. Mənə elə gəlir ki, bu, Azərbaycan ilə Monteneqro arasında gələcək layihələr üçün yaxşı bir zəmin yaradır. Mən sizi əmin edirəm ki, bu sərmayə qoyuluşları bizim Boko körfəzində ən yaxşı yer tutmuş olacaqdır. Bilirsiniz ki, bu, Monteneqronun ən qabaqcıl yerlərindən biridir. Burada gözəl komplekslər tikilmişdir. Mənə elə gəlir ki, bu, Azərbaycanın başqa şirkətləri üçün yaxşı nümunədir ki, onlar Monteneqroya sərmayə yatırsınlar. Zənnimcə bu, iqtisadi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmindir. Mən əminəm ki, Monteneqro ilə Azərbaycanın yüksək səviyyədə siyasi münasibətləri ölkələrimiz arasında iqtisadi münasibətlərin də inkişaf etdirilməsi üçün böyük rol oynayacaqdır".
Daha sonra müzakirələrdə ərəb ölkələrində neft-qaz sektorundan əldə edilən gəlirlərin xərclənməsi istiqamətləri, Pakistan və İraqın inkişafı ilə bağlı həyata keçirilən işlər və nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparıldı.
Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Forum iştirakçılarının şərəfinə nahar verildi.
Qeyd edək ki, iyunun 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumunda Gürcüstanın, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın və Monteneqronun dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri mərasimdə iştirak etmişlər.

Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.
Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Dünyada böyük nüfuza malik bu qurum BMT, Avropa İttifaqı, Avropa Şurası, həmçinin UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karterondur. Beynəlxalq əməkdaşlıq və dialoqa yardım məqsədilə yaradılan bu qurumun işində Azərbaycan da yaxından iştirak edir. Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən Krans Montana Forumu çərçivəsində layiqincə qiymətləndirilir. 2011-ci ildə Brüsseldə Krans Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın ən ali mükafatına - "Prix De La Fondation" mükafatına, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın forumun Qızıl medalına layiq görülmələri bunun əyani nümunəsidir. Krans Montana Forumunun bu il Bakıda keçirilməsinə qərar verilməsi də Azərbaycanın durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun işində iştirak edən dövlət başçıları və müxtəlif ölkələrin yüksək vəzifəli rəsmiləri ilə görüşdülər.
Çıxışlaran öncə, mərasimi açan forumun təsisçisi və prezidenti, səfir Jan Pol KARTERON Bakıda keçirilən 23-cü illik toplantıda iştirak edən qonaqları salamladı. Azərbaycan Prezidentinə yaradılan yüksək şəraitə görə təşəkkür edən Jan Pol Karteron bu gün dünyanın mühüm dairələrinin Azərbaycana toplaşdığını dedi. O, 1993-cü ildən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən və bu gün uğurla davam etdirilən proseslərin ölkəmizin inkişafı ilə nəticələndiyini bildirərək dedi:

"Mən şəxsən hesab edirəm və böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, 1993-cü ildən etibarən - Prezident Heydər Əliyev bu ölkəyə rəhbərliyə gələndən sonra Azərbaycanda böyük inkişaf başlamışdır. Həmin vaxtlardan etibarən mən, həmçinin gördüm ki, o, çox böyük müdrikliyə, uzaqgörənliyə malik bir şəxsiyyətdir. Çox şadam ki, cənab Prezident, mənə belə bir fürsət qismət oldu. Biz Heydər Əliyev Mərkəzində, yeni binada bu cür nüfuzlu, mühüm, mötəbər iclasımızı keçirəcəyik və gələn iki gün ərzində müzakirələrimizi aparacağıq.

Cənab Prezident, hörmətli birinci xanım, mən gözəl bilirəm ki, Siz burada hansı fəaliyyəti aparırsınız və bu, çox yüksək səviyyəli fəaliyyətdir. Siz Brüsselə səfər etdiyiniz zaman mən Sizə və birinci xanıma bildirdim ki, gördüyünüz işlər sözün əsl mənasında möcüzəli nəticələr verir. Biz bu gün görürük ki, Azərbaycanda nələr baş verir. Biz bilirik ki, ölkəniz xüsusi əhəmiyyət kəsb edən bir oyunçuya çevrilir. Həm sosial, həm mədəni, həm də humanitar sahələrdə siz get-gedə dünyaya daha çox açılırsınız. Böyük hörmət və iftixarla mən burada birinci xanımı salamlayıram. O, Heydər Əliyev Fonduna rəhbərlik edərək bir çox mühüm sahələrdə hökumətin gördüyü işləri də üstələyərək, bütün çətinlikləri aradan qaldırır. Təbii ki, məqsəd sırf yaxşı, xeyirxah işlər görməkdən ibarət deyildir. Məqsəd ondan ibarətdir ki, burada iradə vardır, razılıq vardır. Biz bilirik ki, Heydər Əliyev Fondu bir çox işlər görür, həmçinin müxtəlif təhsil, mədəniyyət ocaqlarında yeniliklər həyata keçirir.
Biz bilirik ki, Azərbaycan Avropa İttifaqının enerji təchizatçılarından biridir. Biz görürük ki, bu gün qarşımızda həmin o tarix yazılır. İqtisadi əhəmiyyət artır. Artıq bizim əlimizdə məşəl yanır. Bu məşəl, alov artıq güclənir. Məhz belə hisslərlə, cənab Prezident, mən bildirirəm ki, bu, Sizin fəaliyyətiniz sayəsində hasilə gələn işlərdir. Buna görə də biz Sizə minnətdarıq.

Bu gün biz, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya mükafat təqdim edəcəyik. Mən bunu çox vacib hesab edirəm. Mən bunu xüsusilə qeyd etmək istəyirəm ki, biz onun fəaliyyətinə böyük hörmət və rəğbət bəsləyirik. Biz, eyni zamanda, xüsusilə də burada digər şəxsiyyətlərin iştirakını da qeyd edirik. Bilirik ki, uğur əldə etmək, humanitar məqsədlərə çatmaq istiqamətində qarşımızda duran yol asan deyildir. Azərbaycan bu gün çox qeyri-adi nəticələr əldə edərək düzgün yoldadır".

“Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir?
“Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir?
Euronews Ağdamın işğaldan azad olunması ilə bağlı sujet hazırlayıb (VİDEO)
Euronews Ağdamın işğaldan azad olunması ilə bağlı sujet hazırlayıb (VİDEO)
Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı
Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Sumqayıtda mənzildə qadın meyiti tapılıb
“Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir?
İtkin düşmüş hərbi qulluqçularla bağlı BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir - Dövlət Komissiyası
Euronews Ağdamın işğaldan azad olunması ilə bağlı sujet hazırlayıb (VİDEO)
Pandemiya ilə bağlı sahibkarlara dövlət zəmanəti ilə kredit verilməsinə dair yeni prosedur müəyyənləşib
Azərbaycan məşhur kəhrizlərin UNESCO-nun siyahısına salınması üçün addımlar ata bilər - İranlı mütəxəssis
İosif Stalin haqqında miflər və əfsanələr
"Chrome" Azərbaycanda ən populyar brauzerdir
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı bu şəxslərə veriləcək
“Vətən müharibəsi iştirakçısı” medalı kimlərə veriləcək? - ƏSASNAMƏ
İşğaldan azad edilən rayonlar üzrə təsis edilən medalların Əsasnamələri təsdiqləndi (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb (FOTO)
Bu il istehsal olunan sənaye məhsullarının həcmi 30 milyard manatı ötüb
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi - Rauf Əliyev
“Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi
“Döyüşdə fərqlənməyə görə” medalı kimlərə veriləcək?
“Cəsur döyüşçü” medalının Əsasnaməsi təsdiqləndi
“Qarabağ” ordeninin statutu müəyyənləşib
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Ermənistan tamamilə məhv olmamaq üçün bir neçə rayonu könüllü təhvil verdi - Ekspert
Vilyam Hacıyevin həbs müddəti daha 3 ay uzadıldı
Nazirlikdən şəhid ailələrinə veriləcək müavinətlə bağlı növbəti AÇIQLAMA
15 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik
Gəncədə sakinlərə tibbi maskalar paylanılıb (FOTO)
Şərqi Avropada ilk qadın prezident kimi tarixə düşən Vaira-Vike Freiberqa 83 yaşını qeyd edir (FOTO/VİDEO)
Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər
Almaniyada sürücü avtomobili insanların üzərinə sürdü - Ölənlər var
Dəniz piyadaları daimi dislokasiya məntəqəsinə geri qayıdıb - MN (FOTO)
Qubada karantin rejimini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir (FOTO/VİDEO)
Azərbaycan Respublikasının “Zəfər” ordeninin statutu müəyyənləşib
Dekabrın 2-də manatın dollara qarşı məzənnəsi
Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN
Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək - ETSN
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Hərbi əsirləri aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil - Dövlət Komissiyası
MBA proqramını bitirən məzunlar doktorantura təhsilini davam etdirə biləcəklər? - RƏSMİ AÇIQLAMA
NATO seminarında təxribata əl atan ermənilər susduruldu
Rusiya Müdafiə Nazirliyi Laçının Azərbaycana verilməsi barədə məlumat yayıb
BDU-dan qovulan tələbə bərpa edildi
Güllə darağı zabitimizi necə xilas etdi? - İkinci Qarabağ döyüşlərindən qeyri-adi hadisə (FOTO)
Gəncə məktəblisi İnformatika fənni üzrə beynəlxalq yarışmada bürünc medal qazandı!
Azərbaycan Gürcüstana maye oksigen çatışmazlığını aradan qaldırmağa kömək edib
Laçın sakini: Biz ağlaya-ağlaya oranı tərk etdik, bu gün isə üzümüz gülür
Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı - Vüqar Rəhimzadə
Azərbaycan öz qələbəsi ilə yeni reallıqlar yaratdı – TƏHLİL
Qazaxda qoruyucu maskadan istifadə etməyən 9 nəfərin sənədləri polisə göndərildi
Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər - Laçınlı professor
Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
V.Süleymanov “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş İcraçı Direktor vəzifəsinə təyin edildi
İşğaldan azad olunan Laçın rayonunun səhiyyə obyektlərinin sayı açıqlandı
Milan şəhərinin Korbetta Bələdiyyə Şurası Azərbaycana dəstək sənədi qəbul edib
Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır
Bu ay 8 milyon tibbi maska istehsal olunacaq
Bakı sakinini küçədə qətlə yetirən şəxs həbs olundu
Ordudan ilk bu şəxslər tərxis ediləcək - SİYAHI
İranda gün ərzində 382 nəfər koronavirusdan ölüb
Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilir - SƏRƏNCAM
Geri dönüşün mübarək, Laçın! - Ceyhun Bayramov
Sərt karantin rejiminə keçməkdən başqa yol qalmayıb - Komitə sədri
Azərbaycanda 4 426 nəfər COVID-19-a yoluxub, 1 995 nəfər sağalıb, 41nəfər vəfat edib
Azərbaycan Prezidenti: Fransa Senatı qətnamə qəbul edir, xoşları gəlirsə, Marsel şəhərini ermənilərə versinlər
"Pfizer" və "BioNTech" koronavirus vaksinin ilin sonunadək Avropada qeydiyyata alınması üçün müraciət edib
Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam
Azərbaycan qeyri-neft sektorunda ÜDM artıb
Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq - Nazirlik
Koronavirus xəstələri inzibati cəzadan deyil, öz daxili məsuliyyətlərindən çəkinərək evdən çıxmamalıdır - Mütəxəssis
XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şagirdlərin summativ qiymətləndirmələri ilə bağlı yüngülləşmələr edilməlidir - Ekspert
İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi davam edir (FOTO)
Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək
Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib (FOTO)
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
Prezident İlham Əliyev: Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir, Azərbaycan Türkiyə ilə birləşir
Azərbaycan neftinin qiyməti dəyişib
Laçının azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi - Deputat
Prezident İlham Əliyev: Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır
Laçın sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub
Prezident İlham Əliyev: Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq
Prezident İlham Əliyev: Bizim ölkəmiz üçün yeni dövr başlayır
Azərbaycan Prezidenti: Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Prezident İlham Əliyev: Ermənistan, sən dalansan, biz səni dalan etdik
Prezident İlham Əliyev Bəyanatın bəndlərini şərh edib
Gəncədə arvadını qətlə yetirən kişinin məhkəməsinin vaxtı məlum oldu
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 28-dək dayandırıb
Azərbaycan Prezidenti: Laçın dəhlizi Laçın şəhərinin içindən keçir, biz təklif etdik ki, yeni bir dəhliz inşa edilsin
Koronavirus xəstələri karantin postunda saxlanılıblar (FOTO)
Sabah hava çiskinli və küləkli olacaq
Formula 1 üzrə dünya çempionu koronavirusa yoluxdu
Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı döyüş meydanında 44 gün ərzində məhv etdik
Ermənistanda növbəti etiraz aksiyası keçirilir
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
Prezident İlham Əliyev döyüş meydanında Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqlayıb
Prezident İlham Əliyev: Ermənistan ümumi taxıl istehsalının yarısını bizim torpaqlarımızdan götürürdü
Bütün xəbərlər