...

Ayaz Mütəllibov ASDP-nin qurultayının iştirakçılarına müraciət edib

Siyasət Materials 30 İyun 2012 12:01 (UTC +04:00)
Ayaz Mütəllibovun həm siyasətdən, həm də Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) getməsi ilə bağlı qərarı haqqında məktub qurultay iştirakçılarının diqqətinə çatdırılıb.
Ayaz Mütəllibov ASDP-nin qurultayının iştirakçılarına müraciət edib

Azərbaycan, Bakı, 30 iyun /Trend, muxbir E.Mehdiyev/

Ayaz Mütəllibovun həm siyasətdən, həm də Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) getməsi ilə bağlı qərarı haqqında məktub qurultay iştirakçılarının diqqətinə çatdırılıb.

Trend-in məlumatına görə, ASDP-nin həmsədri Araz Əlizadə tərəfindən oxunan məktubda Ayaz Mütəllibovun siyasətdən getməsinin səbəbləri göstərilib.

Məktubda Ayaz Mütəllibov siyasi fəaliyyəti dövründə həmişə etimadı doğrultmağa çalışdığını vurğulayıb.

O, Azərbaycana qayıtdıqdan sonra şəxsi işləri ilə məşğul olacağını diqqətə çatdırıb.

Qurultayda, həmçinin Ukrayna Prezidenti Viktor Yanukoviçə müraciət qəbul edilib. Müraciətdə Prezidentdən ölkədə həbsdə olan Sosial Demokrat Partiyasının üzvlərinin, o cümlədən siyasi məhbusların azadlığa buraxılması xahiş edilib.

Daha sonra qurultayda fasilə elan olunub və toplantı iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarətə gedblər.

Qurultayın ikinci hissəsində partiyada təşkilati məsələlərə baxılacaq, qurumun sədrliyinə və digər seçkili orqanlarına seçkilər keçiriləcək.

Bakıda şənbə günü Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) 12-ci qurultayı öz işinə başlayıb.

Qurultayda iştirak etmək üçün 172 nəfər nümayəndə seçilib. Həmçinin Macarıstan, Rusiya, Moldova, Ukrayna, Gürcüstan və Qazaxıstan da daxil olmaqla, 7 ölkənin müttəfiq partiyalarından 13 nəfər qonaq iştirak edir.

Xəbər lenti

Xəbər lenti