...

Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib

Siyasət Materials 30 İyun 2012 16:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik edib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Kanada arasındakı dostluq münasibətlərinin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına sülh və rifah diləyirəm", - Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti