...

Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşüb

Siyasət Materials 3 İyul 2012 18:14 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın xarici işlər və etiqad naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov argentinalı həmkarı ilə görüşüb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın xarici işlər və etiqad naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Məmmədyarov argentinalı naziri ölkəmizdə salamlayıb və 300-ə yaxın iş adamı ilə ölkəmizə səfər etdiyinə görə ona təşəkkürünü ifadə edib.

Timerman Argentina və Azərbaycanın ümumi cəhətlərə malik olduğunu qeyd edib və iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Hazırda Bakıda iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirildiyini xatırladan nazir Elmar Məmmədyarov Azərbaycanla Argentina arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin də zəruriliyini xüsusi qeyd edib.

Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqların son durumu barədə məlumat verib və Ermənistanın beynəlxalq təşkilatların, o cümlədən BMT TŞ-nin qəbul etdiyi qətnamələrə məhəl qoymadığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin, Cənubi Qafqaz, Latın Amerikası və Yaxın Şərq regionlarında baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti