...

Ukrayna Ali Radasının spikeri istefa verəcəyini bəyan edib

Siyasət Materials 4 İyul 2012 14:10 (UTC +04:00)
Ukrayna parlamentinin spikeri Vladimir Litvin ölkədə rus dilinin tətbiqi sahəsini xeyli genişləndirəcək qanun layihəsinin qəbul edilməsindən sonra istefa vermək niyyətində olduğunu bəyan edib.
Ukrayna Ali Radasının spikeri istefa verəcəyini bəyan edib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Ukrayna parlamentinin spikeri Vladimir Litvin ölkədə rus dilinin tətbiqi sahəsini xeyli genişləndirəcək qanun layihəsinin qəbul edilməsindən sonra istefa vermək niyyətində olduğunu bəyan edib. Bunu o özü parlament tribunasında çıxış edərkən deyib. Bu barədə Trend Rusiya KİV-inə istinadən məlumat verir.

"Xalq deputatlarından birinin dediyi kimi, "bizi pişik balaları kimi ayırdılar", amma ilk növbədə məni ayırdılar. Ümumiyyətlə, Ukraynanı "ayırdılar", xalqı "ayırdılar" və mən düşünürəm ki, biz bu "ayrılığın" xeyrini görəcəyik. Belə olan vəziyyətdə mən məsələyə baxmağı və mənim istefam haqqında qərar qəbul edilməsini istəyirəm", - Litvin bəyan edib.

Spiker rus dilinin statusu haqqında qanun layihəsinin səsə qoyulması zamanı sessiya zalında olmayıb.

Xəbər lenti

Xəbər lenti