...

RF Dövlət Duması sədrinin Azərbaycana rəsmi səfəri başlayıb

Siyasət Materials 7 İyul 2012 17:19 (UTC +04:00)
Səfərin məqsədi Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.
RF Dövlət Duması sədrinin Azərbaycana rəsmi səfəri başlayıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir M. Əliyev/

RF Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana rəsmi səfəri başlayıb.

Səfərin məqsədi Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.

Trend-in məlumatına görə, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Dumasının sədri Sergey Narışkini Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Sergey Narışkin və Oqtay Əsədov arasında qısa protokol söhbəti olub.

Spiker səfəri çərçivəsində Prezident İlham Əliyev və azərbaycanlı həmkarı ilə görüşlər keçirəcək.

Narışkin habelə Heydər Əliyev Fonduna baş çəkəcək, Bakı Slavyan Universitetinin tələbələri qarşısında çıxış edəcək, eləcə də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının məzunlarına diplomlar təqdim edəcək.

Qeyd edək ki, bu il Azərbaycan və Rusiya diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti