...

Prezident İlham Əliyev Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxıb (FOTO)

Siyasət Materials 10 İyul 2012 18:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Qaradağ rayonunda yeni "Holcim-Azərbaycan" sement zavodunun açılış mərasimindən sonra yolüstü Sahil qəsəbəsindəki çoxmərtəbəli yaşayış binalarının abadlaşdırılması işləri ilə tanış olub, burada salınacaq yeni parkın ərazisinə baxıb.
Prezident İlham Əliyev Sahil qəsəbəsində salınacaq yeni parkın ərazisinə baxıb  (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Qaradağ rayonunda yeni "Holcim-Azərbaycan" sement zavodunun açılış mərasimindən sonra yolüstü Sahil qəsəbəsindəki çoxmərtəbəli yaşayış binalarının abadlaşdırılması işləri ilə tanış olub, burada salınacaq yeni parkın ərazisinə baxıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov görülən və həyata keçiriləcək işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, qəsəbədəki yaşayış binalarının fasadları tamamilə yenidən qurulur, onların xarici görkəmi ən müasir qaydada təzələnir. Prezident İlham Əliyev təmir və yenidənqurma işlərinin keyfiyyəti ilə maraqlandı.

Burada salınacaq yeni parkla bağlı da dövlətimizin başçısına məlumat verildi. Sahəsi 6 hektar olacaq yeni parkda qəsəbə sakinlərinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd olundu, burada müxtəlif bəzək və gül kollarının əkiləcəyi, yeni yaşıllıq zolaqlarının salınacağı, müasir işıqlandırma sisteminin quraşdırılacağı bildirildi.

Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti