...

Tacikistan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib (FOTO)

Siyasət Materials 12 İyul 2012 10:29 (UTC +04:00)
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iyulun 12-də rəsmi qarşılanma mərasimi olmuşdur.
Tacikistan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iyulun 12-də rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Respublikasının Prezidentinə raport verdi.

Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistan Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti