Azərbaycanda yeni ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri təsdiq edilib (FOTO)

Azərbaycanda yeni ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri təsdiq edilib (FOTO)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev ümumvətəndaş, xidməti və diplomatik pasportların təsvirinin, spesifikasiyasının və nümunələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinə əsasən qərara alıb ki, "Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri" təsdiq edilsin (Əlavə I).
Eyni zamanda "Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası" təsdiq edilsin (Əlavə II). "Ümumvətəndaş, xidməti və diplomatik pasportların
nümunələri" təsdiq edilsin (Əlavə III). Fərman 2013-cü il iyunun 1-dən qüvvəyə minir.

Ümumvətəndaş, xidməti və diplomatik pasportların (bundan sonra - pasport) təsviri Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədində nəzərdə tutulmuş, maşınla oxunan səyahət sənədlərinə tətbiq olunan beynəlxalq tələb və standartlara uyğundur. Pasport 88 mm x 125 mm ölçülüdür. 4 səhifəlik üz qabığından və 50 daxili səhifədən ibarətdir. Pasportun tipindən asılı olaraq, onun üz qabığının birinci və dördüncü səhifələri aşağıdakı rənglərdədir:
ümumvətəndaş pasportu - tünd yaşıl rəngdə;
xidməti pasport - tünd göy rəngdə;
diplomatik pasport - tünd qırmızı rəngdə.

Pasportun üz qabığının birinci səhifəsində qızılı rənglə yuxarıda alt-alta "AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN" sözləri, aşağıda alt-alta, tipindən asılı olaraq, "PASPORT/ PASSPORT", "XİDMƏTİ PASPORT / SERVICE PASSPORT" və ya "DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT" sözləri yazılır, ortada Azərbaycan Respublikası Dövlət gerbinin qrafik təsviri verilir. Həmin səhifənin aşağı orta hissəsində pasportda elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə qoyulur.

Pasportun üz qabığının ikinci səhifəsində Azərbaycan Respublikası Dövlət gerbinin, üçüncü səhifəsində Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası xəritəsinin rəngli təsvirləri əks olunur. Hər iki səhifədə pasportun tipinə uyğun rənglərdən istifadə edilir.

Pasportun tipindən asılı olaraq, onun üz qabığının üçüncü səhifəsində aşağıdakı mətn yazılır:

ümumvətəndaş pasportunda:
"Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.
Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.";

xidməti pasportda:
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bütün səlahiyyətli orqanlardan bu pasportu təqdim edən Azərbaycan Respublikası vətəndaşına hər cür kömək göstərməyi xahiş edir.
The Ministry of Foreign Affairs of the Republic of Azerbaijan requests all authorities to extend all the courtesies to the bearer of this passport, citizen of the Republic of Azerbaijan.
Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.
Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.

diplomatik pasportda:
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bütün səlahiyyətli orqanlardan bu pasportu təqdim edən Azərbaycan Respublikası vətəndaşına sərhədi maneəsiz keçməkdə və digər hallarda hər cür kömək göstərməyi xahiş edir.
The Ministry of Foreign Affairs of the Republic of Azerbaijan requests all authorities to allow free passage and to extend all courtesies to the bearer of this passport, citizen of the Republic of Azerbaijan.
Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.
Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages.".

Pasportun üz qabığının dördüncü səhifəsinin üzərində heç bir təsvir yoxdur.
Pasportun daxili səhifələrində Azərbaycan Respublikasının rəmzləri, milli ornamentlər əks etdirilir, pasportun tipinə uyğun rənglərdən istifadə olunur, tək nömrəli səhifələrin sağ kənarının, cüt nömrəli səhifələrin sol kənarının orta hissəsində sıra nömrəsi qoyulur. Pasportun daxili birinci və ikinci səhifələrində sıra nömrəsi qoyulmur.

Pasportun daxili birinci səhifəsinin orta hissəsində alt-alta "AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN" sözləri, ondan aşağıda alt-alta, tipindən asılı olaraq, "PASPORT / PASSPORT", "XİDMƏTİ PASPORT/SERVICE PASSPORT" və ya "DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT" sözləri yazılır.

Pasportun daxili ikinci səhifəsində aşağıdakılar göstərilir:
"AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN";
pasportun tipindən asılı olaraq, "PASPORT / PASSPORT", "XİDMƏTİ PASPORT / SERVICE PASSPORT" və ya "DİPLOMATİK PASPORT / DIPLOMATIC PASSPORT";
Tip / Type" (ümumvətəndaş pasportunun tipinin şərti işarəsi "PC", xidməti pasportun tipinin şərti işarəsi "PS", diplomatik pasportun tipinin şərti işarəsi isə "PD" kimi müəyyənləşdirilir);
"Ölkənin kodu / Code of State";
"Pasportun nömrəsi / Passport No" (Pasportun nömrəsi tipinin şərti işarəsinin ikinci hərfindən və səkkiz ərəb rəqəmindən ibarətdir);
"Soyadı / Surname";
"Adı, atasının adı / Given name, patronymic";
"Vətəndaşlığı / Nationality";
"Doğulduğu tarix / Date of birth";
"Fərdi identifikasiya nömrəsi / Personal No";
"Cinsi / Sex";
"Doğulduğu yer / Place of birth";
"Verilmə tarixi / Date of issue";
"Etibarlılıq müddəti / Date of expiry";
"Pasport sahibinin imzası / Holder`s signature";
Pasportu verən orqan / Issuing authority";
pasport sahibinin 30 mm x 37 mm ölçülü üzünün təsviri üçün yer və elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə;
beynəlxalq tələb və standartlara uyğun olaraq, maşınla oxuna bilən iki sətirdən ibarət yazı. Həmin yazının ikinci sətrinin 29-cu simvolundan başlayaraq Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya nömrəsi göstərilir.

Pasportun daxili cüt nömrəli səhifələrinin (2-ci və 50-ci səhifələr istisna olmaqla) sol yuxarı kənarında yuxarıdan aşağıya doğru, tək nömrəli səhifələrinin (1-ci səhifə istisna olmaqla) sağ yuxarı kənarında aşağıdan yuxarıya doğru "VİZALAR / VISAS" sözləri yazılır.

Pasportun daxili 50-ci səhifəsinin sol yuxarı kənarında yuxarıdan aşağıya doğru "XÜSUSİ QEYDLƏR / SPECIAL NOTES", aşağıda ortada "Qan qrupu / Blood group" sözləri yazılır və həmin sözlərin altında pasportun nömrəsi ştrix kod vasitəsilə qeyd olunur.

Pasportun üz qabığı yüksək keyfiyyətli akril materialındandır. Pasportun üz qabığının ikinci və üçüncü səhifələri üçün istifadə olunan kağız 50 faiz pambıqdan və 50 faiz sellülozdan ibarətdir və onun hər kvadrat metri 120 qramdır. Pasportun üz qabığı yüksək temperatura, köhnəlməyə, cırılmaya, kimyəvi maddələrin təsirinə, rütubətə davamlıdır və ekoloji cəhətdən təhlükəsizdir.

Pasportun üz qabığının ikinci və üçüncü səhifələrində ultrabənövşəyi spektrdə görünən liflərdən, gilyoşdan, mikromətndən, göy qurşağı üsulu ilə çapdan, relyefli çapdan, dərin çapdan, infraqırmızı və ultrabənövşəyi çapdan istifadə olunur.

Pasportun daxili səhifələri onların çıxarılmasını və yeni səhifələrin daxil edilməsini istisna edən üsulla üz qabığına birləşdirilir.

Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
Sentyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Sentyabrın 23-də xarici valyutaların manata qarşı məzənnələri
Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib (FOTO)
Bakının 20 çimərliyində beynəlxalq ekoloji aksiya keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
Təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyət açıqlandı
Bakı və Abşeron yarımadasında ağacların quruma səbəbi araşdırılır (FOTO/VİDEO)
Bakı, Gəncə və Qəbələ YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilib
BMT Baş katibinin qlobal atəşkəs çağırışı fonunda Ermənistanın müharibə hazırlıqları - TƏHLİL
Unibank kart məlumatlarının təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx hazırlayıb
Rayonlara həftəsonu avtobuslarla turların təşkilinə icazə verilsin - TƏKLİF
Vyaçeslav Volodin: Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prosesinə kömək etmir
Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 173 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Sahibə Qafarovanın Vyaçeslav Volodin ilə görüşü olub (FOTO) (ƏLAVƏ OLUNUB)
Sentyabrın 24-də manatın dollara qarşı məzənnəsi
COVİD-19 pandemiyasından zərər çəkmiş bizneslərə PAŞA Bankdan dəstək (VİDEO)
Bakı-Quba yolunda təmir işlərinə başlandı
Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclası keçirilib (FOTO)
Heydər Əliyev Fondu ilk gündən dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir (MÜSAHİBƏ)
İsrailin şəhər meri: Azərbaycanın tolerant ölkə olmasında heç bir şübhə yoxdur
"Cimerlik.az" portalı fəaliyyətini dayandırıb
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq? – TƏBİB açıqladı
Rasim Quliyev: Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan (MÜSAHİBƏ) (VİDEO)
Azərbaycanda əhalinin 10 faizi üçün vaksin əldə edilməsi razılaşdırılıb
ASAN xidmət çimərliklərdəki monitorinqin nəticələrini açıqladı (FOTO)
Prezident İlham Əliyev: İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır
Azərbaycan Prezidenti: Hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun
Asiya İnkişaf Bankı Azərbaycandakı layihələrə 5,2 milyard dollardan çox kredit ayırıb (FOTO)
Parisdə bomba həyəcanı - Eyfel qülləsi bağlandı
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Vaksinlərin hazırda Azərbaycanda istehsalı mümkün görünmür - Ramin Bayramlı
TƏBİB: Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir
Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır
Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır
Dilorom Fayziyeva: Beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var (FOTO)
Peşə təhsili pilləsi üzrə müəllimlərin işə qəbuluna başlanılır (FOTO)
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib (FOTO)
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır
İsrail mediasında dağ yəhudilərinin Azərbaycandakı ilk muzeyindən bəhs edilib
Prezident İlham Əliyev: Balaxanı kəndinin yeni dövrü başlayır
Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunaq?
İranda bir gündə 184 nəfər koronavirusdan ölüb
Naxçıvana yeni ambulanslar verilib
Milli Məclisin deputatı Sevil Mikayılova seçiciləri ilə növbəti onlayn qəbul keçirib (FOTO)
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb
Naqif Həmzəyev: Azərbaycan müstəqil mövqeyi olan dövlət olduğunun bir daha nümayiş etdirdi
Sahibə Qafarova: Paşinyanın açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir
“SOCAR Enerqoresurs” və Tümen vilayəti arasında saziş imzalanıb
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir
BMT Tribunasından səslənən Azərbaycanda siyasi dialoq faktı
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib (VİDEO)
Liviyada hərbi helikopter qəzaya uğrayıb
Lavrov: Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir
Azərbaycanda "İnnovasiyalar həftəsi" keçiriləcək
Sahibə Qafarovanın Sergey Lavrovla görüşü keçirilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
"Tesla" yeni elektromobil akkumulyatorları təqdim edib
Azərbaycanda qızıl və gümüş ucuzlaşır
Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini keçib
Beynəlxalq təşkilatın Azərbaycanda həyata keçirdiyi yoxlamanın nəticələri açıqlandı (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar (FOTO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi deputatın fikirlərinə cavab verdi
Valideyn himayəsindən məhrum olma uşağın övladlığa verilməsi hüququnu yaratmır - Departament rəhbəri
İsmail Serageldin: BMT Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bütün imkanlardan istifadə etməlidir
Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ
Bakıda zibillikdən 600 kiloqramdan artıq qəpik toplanıb
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Müəllimlər ““AccessBank”a bir 5” deyəcək!
Lukaşenkonun andiçmə mərasimi keçirilib
Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq
İsrailli mer müavini: Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir
Dövlət qulluğuna qəbul üçün müsabiqənin növbəti mərhələlərinin keçiriləcəyi tarixlər açıqlandı
Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib (FOTO/VİDEO)
AMEA saytının baş redaktoru yeni vəzifəyə təyin edildi
Rusiyaya getmək istəyən ermənilər aclığa başlayıb
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub
“Sahibkarların I beynəlxalq onlayn forumu - Bakı 2020” davam edir (FOTO)
Azərbaycan nefti bahalaşıb
XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı
Avropa Parlamentinin üzvü: Dağlıq Qarabağ münaqişəsi BMT TŞ-nın qətnamələrinə, ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə həllini tapmalıdır (ÖZƏL)
Rusiyada ötən gün 6 431 yeni yoluxma qeydə alınıb
Kiyevdə Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)
Medianews.az saytının 8 yaşı tamam olur
Pakistanlı ekspert: Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi altında daha mütərəqqi təşkilata çevrilir
Erməni deputat: Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini dalana dirəyib
Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
Ermənistanda koronavirusdan ölənlərin sayı 942 nəfərə çatıb
Bakıda havaya və evin pəncərəsinə atəş açan şəxs saxlanılıb
Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzidir (FOTO)
UNEC ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında Memorandum imzalanıb
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi (FOTO)
Tarixçi: Ermənilər Azərbaycanın qədim alban və xristian abidələrini məhv edirlər
Naqif Həmzəyev partiya fəalları ilə görüşüb (FOTO)
Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq
Zədələnmiş ön çarpaz bağının bərpası mütləqdirmi?
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
Bakı Slavyan Universitetində növbəti elektron modullar istifadəyə verilib
Tovuzda 1 şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması yekunlaşır (FOTO)
Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirənlər saxlanıldı
Komitə xaricdə yaşayan azərbaycanlılara müraciət edib
İsveçrədə futbolçuları ildırım vurub
Milli Məclisin sədri: Ümid edirik ki, Rusiya münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək
Peşə təhsili ilə bağlı Apellyasiya Komissiyası yaradılıb
Azərbaycanla Ukrayna arasında uçuşlara bilet satışı başlayıb
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Kolleclərə qəbul olmaq istəyənlər üçün keçid balları açıqlandı
Bütün xəbərlər