Azərbaycan, Bakı, 25 iyul /Trend müxbir A.Tağıyeva/
Türkiyə Suriya ilə sərhədinin rəsmən bağlanması ilə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, "Sabah" qəzeti xəbər verir ki, bu barədə Türkiyənin gömrük naziri Həyati Yazıçı bildirib.
BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.