Azərbaycan, Bakı, 31 iyul / Trend müxbir K.Zərbalıyeva/
Fransa-Azərbaycan hərbi əlaqələri müzakirə olunub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 31-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edib.
Görüşdə Fransa-Azərbaycan hərbi əlaqələri və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.