...

İlham Əliyev Cəlilabad rayonuna gəlib (FOTO)

Siyasət Materials 31 İyul 2012 14:47 (UTC +04:00)
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu
İlham Əliyev Cəlilabad rayonuna gəlib (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Lənkərana səfərini başa çatdırdıqdan sonra Cəlilabad rayonuna gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, rayonun mərkəzində yerləşən bu ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.

Xəbər lenti

Xəbər lenti