...

Turkmənistanın nüfuzlu qəzetində Azərbaycan ilə dostluq münasibətlərindən bəhs edən məqalə nəşr olunub

Siyasət Materials 7 Avqust 2012 15:23 (UTC +04:00)
Təsisçisi Turkmənistan Prezidenti olan "Neytralnıy Turkmenistan" qəzetinin 6 avqust 2012-ci il tarixli nömrəsində "Türkmənistan-Azərbaycan dostluq münasibətlərinin nişanəsi olaraq" adlı məqalə nəşr olunub.
Turkmənistanın nüfuzlu qəzetində Azərbaycan ilə dostluq münasibətlərindən bəhs edən məqalə nəşr olunub

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Təsisçisi Turkmənistan Prezidenti olan "Neytralnıy Turkmenistan" qəzetinin 6 avqust 2012-ci il tarixli nömrəsində "Türkmənistan-Azərbaycan dostluq münasibətlərinin nişanəsi olaraq" adlı məqalə nəşr olunub.

Trend-in məlumatına görə, "Turkməndövlətxəbərləri" informasiya xidmətinin məqaləsində Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi tərəfındən Türkmənistan xalqına iki dost xalq arasında ənənəvi mehriban qonşuluq münasibətlərinin simvolu olaraq Bakı şəhərində nəşr olunmuş və Azərbaycan xalçasının tarixinə həsr olunmuş elmi əsər hədiyyə edildiyi bildirilir.

Məqalədə çoxsaylı illüstrasiyaların olduğu kitabda Azərbaycan xalçalarının ornament xüsusiyyətlərindən, onların dekorativ-bədii xüsusiyyətlərindən və ölkədəki xalça toxuculuğu texnologiyasından bəhs edildiyi, ənənəvi xalçaların obrazların dili və onların orijinallığını geniş işıqlandırdığı, Azərbaycan xalqının dünyaya fəlsəfi baxışını əks etdirən rənglər ahənginin, naxışların və simvolların analizinin, eləcə də ən yaxşı nümunələrin təsvirinin verildiyi qeyd edilib.

Məqalədə qeyd olunur ki, şübhəsiz, Türkmənistanın və Azərbaycanın dost xalqlarının milli xalça toxuculuğu məktəbləri üçün ümumi olan odur ki, indiyədək özünün sehirli cazibə gücünü və əvəzsiz gözəlliyini itirməyən fövqəladə sənət səbirlə ilmə-ilmə nəsildən-nəslə ötürülərək gözəl sənətkarların, əsl rəssamların əməyi sayəsində formalaşıb və inkişaf edib, bu gün də tədqiqatçıların və gözəllik pərəstişkarlarının marağına səbəb olan həmin sənət dünya mədəniyyət xəzinəsinin layiqli incisidir.

Səfirlik tərəfindən poçt vasitəsilə alınan "Azərbaycan xalçaları" silsiləsindən olan nəşrlər Türkmənistanda böyük marağa səbəb olub. Çox nəfis şəkildə hazırlanmış, Y.Mahmudov və K.Şükürovun "Иреванская область Азербайджана: исторический очерк" elmi işi daxil edilmiş "Азербайджанские ковры: Иреванская группа" kitabı səfirlik tərəfındən alındıqdan sonra kitabın nüsxələri rəsmi olaraq Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri R.Meredova çatdırılması məqsədilə Türkmənistan XİN-ə göndərilib.

Xəbər lenti

Xəbər lenti