...

İlham Əliyev Bəhmətli kənd tam orta məktəb binasının təməlqoyma mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 9 Sentyabr 2012 14:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Zaqatalada şəhid Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbi üçün yeni binanın təməlqoyma mərasimində iştirak etmişdir.
İlham Əliyev Bəhmətli kənd tam orta məktəb binasının təməlqoyma mərasimində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Zaqatalada şəhid Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbi üçün yeni binanın təməlqoyma mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı yeni tikiləcək məktəbin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidenti məktəbin layihəsini əks etdirən stendə baxdı. Bildirildi ki, mayın əvvəlində ölkəmizin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Bəhmətli kənd orta məktəbinin binası da qəzalı vəziyyətə düşmüşdür. Onun yerində üç korpusdan ibarət, 600 şagird yerlik üçmərtəbəli müasir tam orta məktəb binası tikiləcəkdir.

Diqqətə çatdırıldı ki, məktəbdə tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır. Təhsil ocağının cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı məktəb binasının təməlini qoydu.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi.

Daha sonra dövlətimizin başçısı məktəbin pedaqoji kollektivi ilə söhbət etdi.
Məktəbin müəllimləri Azərbaycan Prezidentinə təşəkkür etdilər.

Xəbər lenti

Xəbər lenti