...

Əli Həsənov: Azərbaycan-İran münasibətlərinin normallaşması artıq öz təzahürünü göstərir

Siyasət Materials 13 Sentyabr 2012 20:06 (UTC +04:00)
Hazırda Azərbaycan-İran münasibətləri normaldır. Bu münasibətlərin normallaşması artıq öz təzahürünü göstərir.
Əli Həsənov: Azərbaycan-İran münasibətlərinin normallaşması artıq öz təzahürünü göstərir

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Hazırda Azərbaycan-İran münasibətləri normaldır. Bu münasibətlərin normallaşması artıq öz təzahürünü göstərir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İran-Azərbaycan əməkdaşlığını şərh edərkən deyib.

"Keçmişdə, xüsusilə də "Eurovision" mahnı müsabiqəsi ərəfəsində İranın bəzi dairələrinin anti-Azərbaycan kampaniyası fonunda kəşkinləşmiş münasibətlər aradan qalxmaqdadır. Bu münasibətlərin normallaşması artıq öz təzahürünü göstərir", - Həsənov bildirib.

O qeyd edib ki, həm İran, həm də Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətləri bundan sonra da mehriban qonşuluq, dostluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində davam etdirməyə hazır olduqlarını bəyan ediblər.

Xəbər lenti

Xəbər lenti