...

İranın BMT-dəki səfiri antiislam xarakterli filmin rejissorunu cəzalandırmağa çağırıb

Siyasət Materials 15 Sentyabr 2012 12:12 (UTC +04:00)
İranın BMT-dəki səfiri Məhəmməd Xəzayi ABŞ-ı "Müsəlmanların məsumiyyəti" adlı antiislam xarakterli filmin rejissorunu cəzalandırmağa çağırıb.
İranın BMT-dəki səfiri antiislam xarakterli filmin rejissorunu cəzalandırmağa çağırıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbirlər D.Xatınoğlu, E.Tarıverdiyeva/

İranın BMT-dəki səfiri Məhəmməd Xəzayi ABŞ-ı "Müsəlmanların məsumiyyəti" adlı antiislam xarakterli filmin rejissorunu cəzalandırmağa çağırıb. Bu barədə Trend şənbə günü IRNA agentliyinə istinadən məlumat verir.

O deyib ki, filmin təsiri dinlər, millətlər və mədəniyyətlər arasında intensiv münaqişələrə gətirib çıxara bilər.

"İran ABŞ-ın İslama nifrət edənləri ciddi şəkildə cəzalandıracağını gözləyir", - Xəzayi qeyd edib.

Xəbər lenti

Xəbər lenti