...

CAR-da "Səma Məktəbi"nin təşkil etdiyi yarmarkada ilk dəfə Azərbaycan guşəsi yaradılıb (FOTO)

Siyasət Materials 18 Sentyabr 2012 20:18 (UTC +04:00)
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi Yohannesburq şəhərində "Səma Məktəbi"nin (Sama School) təşkil etdiyi yarmarkada iştirak edib.
CAR-da "Səma Məktəbi"nin təşkil etdiyi yarmarkada ilk dəfə Azərbaycan guşəsi yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi Yohannesburq şəhərində "Səma Məktəbi"nin (Sama School) təşkil etdiyi yarmarkada iştirak edib.

Səfirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, məktəbin hər il təşkil etdiyi ənənəvi yarmarkada ilk dəfə olaraq Azərbaycan guşəsi yaradılıb. Sərgidə Azərbaycanın milli şirniyyatları və mədəniyyətimizi əks etdirən digər əşyalar nümayiş etdirilib.

Türk iş adamlarının dəstəyi ilə 2003-cü ildə təsis edilmiş məktəbdə 520 şagird təhsil alır və ikisi Azərbaycan vətəndaşı olmaqla 46 müəllim təhsil verir. Məktəb 2009-2010-cu illərdə CAR-ın ən aparıcı elmi məktəbi seçilib.

Xəbər lenti

Xəbər lenti