...

Müdafiə sənayesi naziri İsrailin Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 25 Sentyabr 2012 11:49 (UTC +04:00)
Sentyabrın 25-də müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib.
Müdafiə sənayesi naziri İsrailin Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan, Bakı,25 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Sentyabrın 25-də müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul edib.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Yavər Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan ilə İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirib.

Camalov Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə geniş məlumat verib.

Rafael Harpaz səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti