...

Azərbaycan və Türkiyə arasında birgə hərbi birləşmənin yaradılması təklif olunur

Siyasət Materials 25 Sentyabr 2012 16:54 (UTC +04:00)
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc çərşənbə axşamı Trend-ə bildirib ki, bu barədə təklif komitənin bu gün keçirilən iclasında səsləndirilib.
Azərbaycan və Türkiyə arasında birgə hərbi birləşmənin yaradılması təklif olunur

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Türkiyə arasında birgə hərbi birləşmənin yaradılması təklif olunur.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc çərşənbə axşamı Trend-ə bildirib ki, bu barədə təklif komitənin bu gün keçirilən iclasında səsləndirilib.

"Bölük, alay və ya digər formada vahid komandanlıq altında yaradılacaq bu hərbi birləşmə birgə döyüş təlimləri keçirə bilər", - Oruc bildirib.

Deputatın təklifi Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri tərəfindən çərşənbə axşamı keçirilən iclas zamanı dəstəklənib.

"Komitə üzvləri yeni hərbi birləşmənin yaradılması üçün ayrıca qanunun qəbul edilməsinə ehtiyac olmadığını və bu məsələnin "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilənin təsdiq edilməsi barədə 19 yanvar 2011 ildə qəbul olunmuş Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənə biləcəyini bildiriblər", - millət vəkili bildirib.

2010-cu il avqustun 16-da prezidentlər İlham Əliyev və Abdullah Gülün Bakıda imzaladığı "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə "Hərbi-siyasi və təhlükəsizlik məsələləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri", "İqtisadi əməkdaşlıq məsələləri", "Humanitar məsələlər", "Ümumi və yekun müddəalar" bölmələrindən, bütövlükdə 23 maddədən ibarətdir.

Xəbər lenti

Xəbər lenti