Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Sentyabrın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönieni qəbul edib.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə regionda hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.
Fransalı səfir ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim edib.