...

Korrupsiya cinayətində ittiham olunan 209 nəfər vəzifəli şəxs barəsində iş məhkəmələrə göndərilib

Siyasət Materials 1 Oktyabr 2012 11:31 (UTC +04:00)
Azərbaycanda bu il korrupsiya ilə bağlı 209 nəfər vəzifəli şəxs barəsində 114 cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün məhkəmələrə göndərilib.
Korrupsiya cinayətində ittiham olunan 209 nəfər vəzifəli şəxs barəsində iş məhkəmələrə göndərilib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu il korrupsiya ilə bağlı 209 nəfər vəzifəli şəxs barəsində 114 cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün məhkəmələrə göndərilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Baş prokuror Zakir Qaralov məlumat verib.

Hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatında 94 cinayət işinin istintaqı davam etdirilir.

Qaralov bildirib ki, idarə əməkdaşları tərəfindən keçirilmiş 29 əməliyyat tədbiri nəticəsində korrupsioner məmur cinayət başında yaxalanaraq məsuliyyətə cəlb olunub.

Baş prokuror deyib ki, fəaliyyət göstərdiyi müddətdə korrupsiya ilə əlaqədar açılmış "Qaynar xətt"ə 4 minə yaxın müraciət daxil olub. Mindən artıq müraciət sahibinin müraciəti müsbət həll olunaraq hüquqları bərpa olunub.

Xəbər lenti

Xəbər lenti