Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Hüseynov Natiq Əlabbas oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin rəisi
Bayramov Nazir Hümbət oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi
Məmişov Niyaz Balaca oğlu - Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi
Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına ədliyyə general-mayoru ali hərbi rütbəsi verilsin:
İmranov Şəfahət Aydın oğlu - Azərbaycan Respublikası Hərbi
prokurorunun müavini
Kazımov Rasim Sadıq oğlu - Azərbaycan Respublikası Hərbi
prokurorunun müavini.