Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Aliyev/
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanda keçirilən Beynəlxalq Humanitar Forumun çox böyük faydası olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə səfir forumda jurnalistlərə bildirib.
O deyib ki, dünya miqyasında tanınmış və önəmli şəxslərin forumda iştirakı bir çox problemlərin həllində öz əksini tapacaq.
Səfir onu da qeyd edib ki, dünyada bir çox böyük dövlətlərdən önəmli şəxslərin foruma qatılması əhəmiyyətlidir.
Beynəlxalq Humanitar Forum Bakıda oktyabrın 4-5-də keçirilir.