...

Türkiyə parlamenti Suriyaya qarşı hərbi əməliyyatlar keçirməyə imkan verən qərar qəbul edib

Siyasət Materials 4 Oktyabr 2012 16:55 (UTC +04:00)
Türkiyə parlamenti bu gün Suriyaya qarşı sərhədyanı hərbi əməliyyatların keçirilməsi üçün mandat verilməsi barədə qərar qəbul edib.
Türkiyə parlamenti Suriyaya qarşı hərbi əməliyyatlar keçirməyə imkan verən qərar qəbul edib

Azərbaycan, Bakı, 4 oktyabr/Trend, müxbir A. Tağıyeva/

Türkiyə parlamenti bu gün Suriyaya qarşı sərhədyanı hərbi əməliyyatların keçirilməsi üçün mandat verilməsi barədə qərar qəbul edib. Bu addım Suriya ordusunun Türkiyənin Şanlıurfa şəhərini atəşə tutmasına cava olaraq atılıb. Bu barədə Trend cümə axşamı "TRT Haber" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, dünən sərhədyanı Şanlıurfa vilayətinin beş sakini Suriya tərəfdən atılan mərminin yaşayış evinə düşməsi nəticəsində həlak olub.

Xəbər lenti

Xəbər lenti