...

Səfər Əbiyev: Azərbaycan ISAF əməliyyatı yekunlaşandan sonra da Əfqanıstana yardımlarını davam etdirəcək

Siyasət Materials 10 Oktyabr 2012 19:37 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev NATO-nun Əfqanıstana həsr olunmuş ISAF formatında iclasında iştirak edib.
Səfər Əbiyev: Azərbaycan ISAF əməliyyatı yekunlaşandan sonra da Əfqanıstana yardımlarını davam etdirəcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev NATO-nun Əfqanıstana həsr olunmuş ISAF formatında iclasında iştirak edib.

Аzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, iclas zamanı Əbiyev çıxış edərək Əfqanıstanda aparılan ISAF əməliyyatının cari vəziyyətinə dair fikirlərini bölüşüb və Azərbaycanın göstərdiyi çoxtərəfli töhfələrin davam etdiriləcəyini qeyd edib. Habelə, nazir Azərbaycanın ISAF əməliyyatının yekunlaşacağı 2014-cü ildən sonra da Əfqanıstana yardımlarını davam etdirəcəyini vurğulayıb.

Bununla yanaşı, Azərbaycanın müdafiə naziri təəssüf hissi ilə qeyd edib ki, beynəlxalq hüquq və NATO/SNT prinsiplərinin kobud pozulması yolu ilə Azərbaycan torpaqlarının işğalının yaratdığı gərginlik ölkəmizin bu istiqamətdəki səylərini məhdudlaşdırır. Habelə, müxtəlif bəhanələrlə status-kvonun saxlanılması və işğalın davam etdirilməsinin Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid törətdiyi vurğulanıb.

Brüsselə səfəri çərçivəsində general-polkovnik Səfər Əbiyev bir sıra dövlətlərin müdafiə nazirləri ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti