...

Elmar Məmmədyarov: GUAM dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri dəstəkləyir (FOTO)

Siyasət Materials 11 Oktyabr 2012 13:24 (UTC +04:00)
GUAM üzvləri dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri dəstəkləyirlər.
Elmar Məmmədyarov: GUAM dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

GUAM üzvləri dövlətlərin ərazi bütövlüyünü və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri dəstəkləyirlər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sədrlik etdiyi GUAM-ın 15 illiyi ilə bağlı Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

Ukraynanın Kiyev şəhərində keçirilən iclasda Məmmədyarov həmçinin GUAM-ın əməkdaşlıq coğrafiyasının genişlənərək ABŞ, Yaponiya kimi dövlətlərlə, Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini qeyd edib.

GUAM-ın sədri Valeri Çeçelaşvili tədbirdə çıxış edərək təşkilatın prioritetlərindən danışıb. Eyni zamanda, Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Y.Lyanke, Ukraynanın xarici işlər naziri K.Qrişşenko, Gürcüstanın xarici işlər nazirinin müavini D.Сalaqaniya, ABŞ-dan səfir Con Teft, Yaponiyadan səfir Toiçi Sakata, Avropa Komissiyasından isə Yan Tombinski tədbirdə çıxış ediblər.

İclas GUAM XİN Şurasının Kommünikesinin qəbul ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti