...

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Siyasət Materials 12 Oktyabr 2012 16:04 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin cümə günü növbəti iclası keçirilib.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin cümə günü növbəti iclası keçirilib.

Trend hakim partiyanın rəsmi saytına istinadən məlumat verir ki, iclasın gündəliyinə Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi və Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçiriləcək VII Baş Assambleyasına hazırlıqla əlaqədar görüləcək tədbirlər haqqında məsələlər daxil edilib.

YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov iclasda partiyanın 20-ci ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq rayon (şəhər) təşkilatlarında silsilə tədbirlərin keçirildiyini, partiyanın yubileyinə həsr olnmuş yüksək bədii tərtibatlı kitabın nəşr olunması və digər məsələlərdən danışıb.

Gündəlikdə duran digər məsələ noyabr ayının 21-də ICAPP-ın VII Baş Assambleyasının Bakıda keçiriləcək iclasının yüksək səviyyədə təşkili məsələlərinə həsr olunub. İdarə heyətinin üzvləri belə mötəbər forumun ölkəmizdə keçirilməsini Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndiriblər.

İdarə Heyəti gündəlikdə duran hər iki məsələ ilə bağlı müvafiq qərarlar qəbul edib. Daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti