...

Elmar Məmmədyarov bir sıra ölkələrin Azərbaycana yeni təyin olunmuş səfirləri ilə görüşüb (FOTO)

Siyasət Materials 12 Oktyabr 2012 18:41 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Tarik Abu Sinanı qəbul edib.
Elmar Məmmədyarov bir sıra ölkələrin Azərbaycana yeni təyin olunmuş səfirləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Tarik Abu Sinanı qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Misir səfirini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirib. O, həmçinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsinin ümumi münasibətlərə töhfə verəcəyini vurğulayıb.

Misir Ərəb Respublikasının səfiri Tarik Abu Sina, öz növbəsində, ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu bildirib və iki ökə arasında münasibətlərin genişləndirilməsi üçün potensialın olduğunu diqqətə çatdırıb.

Səfir ölkəmizdə fəaliyyəti müddətində bu münasibətlərin genişləndirilməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri Arturas Jurauskası da qəbul edib.

Nazir Litvanın yeni səfirini ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyətinin Azərbaycan ilə Litva arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Litva səfiri Arturas Jurauskas, öz növbəsində, Azərbycana səfir təyin olunmasından məmnun olduğunu bildirib. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib.

Xarici işlər naziri, həmçinin, İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Möhsün Pakayini qəbul edib.

Elmar Məmmədyarov İran səfirini ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb. Nazir ortaq tarixi və mədəni köklərə malik iki qonşu ölkə arasında münasibətlərin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının araşdırılmasının önəmini qeyd edib.

İran İslam Respublikasının səfiri Möhsün Pakayin ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu bildirib və Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. Səfir həmçinin, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib və ölkəsinin müstəqil Azərbaycanla əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti