...

Azərbaycan deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

Siyasət Materials 15 Oktyabr 2012 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Milli Məclisin Regional məsələlər komitəsinin və MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyasının sədri Arif Rəhimzadə, deputatlar Adil Əliyev və Aslan Cəfərov MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yola düşüblər.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, deputatlarımız qurumun Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, Təhlükəsizlik və müdafiə məsələləri üzrə daimi komissiyalarının, həmçinin MDB-də Terrorizm, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə birgə komissiyasının iclaslarında iştirak edəcək, müzakirəyə çıxarılan qanunvericilik aktlarına, quruma üzv ölkələr üçün hazırlanan model qanunlara dair fikirlərini bölüşəcəklər.

İclaslarda mədəniyyətlərarası dialoqun vacibliyi, vətəndaşların reproduktiv hüquqlarının müdafiəsi, dövlətin sosial strategiyası, immiqrantların inteqrasiyası, korrupsiyaya qarşı mübarizə, antikorrupsiya monitorinqi, qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı fəaliyyət, açıq telekommunikasiya şəbəkələrinin istismarının hüquqi baxımdan tənzimlənməsi, informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi və uzlaşdırılması kimi aktual məsələlər barədə sənədlərə baxılacaq.

Milli Məclisin deputatı Aslan Cəfərov İqtisadiyyat və maliyyə üzrə Daimi komissiyada "MDB PA-ya üzv ölkələrdə MDB PA-nın iqtisadiyyat və maliyyə sahəsinə dair model qanunlarının istifadəsi" mövzusunda məruzə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti