Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Notariat haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.
Qanuna əsasən, aşağıdakı dəyişikliklər edilib:
İkinci hissədə "istənilən" sözündən sonra "nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla" sözləri əlavə edilib; üçüncü-beşinci hissələr müvafiq olaraq dördüncü-altıncı hissələr hesab edilib, aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib: "Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz."