Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Oktyabrın 18-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edildi. İqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi.
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, beynəlxalq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.