Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Oktyabrın 18-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib:
"Sizi və nümayəndə heyətinizi Azərbaycanda görməkdən çox şadam. Biz ikitərəfli və regional məsələlərlə bağlı maraqlı fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrimiz davam edir. Səfəriniz dostluğumuzun və tərəfdaşlığımızın çox mühüm göstəricisidir. Biz bu yaxınlarda Çikaqoda görüşdük və bu səfərlə bağlı razılığa gəldik. Mən çox şadam ki, bu gün bu səfər reallaşmışdır. Əlaqələrimizin tarixində bu, ilk səfərdir. Əminəm ki, səfəriniz münasibətlərimizdə yeni səhifə açacaqdır. Ümidvaram ki, biz həm siyasi, həm də iqtisadi sahələrdə fəal və səmərəli əməkdaşlıq üçün bir çox istiqamətləri müəyyənləşdirəcəyik".
Dövlət başçımız bildirib ki, bu gün Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçlə iqtisadi fəaliyyətin müəyyən istiqamətləri, birgə layihələr ilə bağlı müzakirələr aparılıb.
"Əminəm ki, biz buna nail olacağıq. Bizim, eyni zamanda, tarixlə bağlı çox yaxşı xatirələrimiz vardır. Sarayevo və Bakı Sovet İttifaqı dövründə qardaşlaşmış şəhərlər olublar. İndi isə düşünürəm ki, biz bu tərəfdaşlığı bərpa edirik.
Əminəm ki, səfəriniz çox maraqlı olacaqdır. Siz və nümayəndə heyətiniz ölkəmizi daha yaxından tanıyacaqsınız" İlham Əliyev qeyd edib.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir Bakir İzetbeqoviç səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib:
"Biz olduqca məhsuldar danışıqlar apardıq. Mən cənab Prezidentə də dedim ki, biz oxşar tarix yaşamışıq. Əvvəlcə kommunist rejimi dönəmində yaşamışıq. Daha sonra 1990-cı illər hər iki ölkə üçün çox əhəmiyyətli oldu. 1992-ci il də ölkələrimiz üçün çox əlamətdar olub.
Bizim əlaqələrimiz, niyyətlərimiz vardır. İndi biz əməkdaşlığımızı genişləndirmək üçün daha artıq işlər görməliyik. Çünki əlaqələrin indiki vəziyyəti xalqlarımızın istəyini tam əks etdirmir".
Prezident İlham Əliyev: Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açacaq (FOTO)
Oktyabrın 18-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub