...

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Fəxri və Şəhidlər xiyabanlarında olub (FOTO)

Siyasət Materials 18 Oktyabr 2012 15:59 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç oktyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoyub.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Fəxri və Şəhidlər xiyabanlarında olub (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç oktyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoyub.

Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.

Bakir İzetbeqoviç Şəhidlər xiyabanını da ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət edib.

Ali qonaq "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bosniya və Herseqovinanın və Azərbaycanın dövlət himnləri səslənib.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bakir İzetbeqoviç Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti