Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
ABŞ Türkiyəyə hərbi kontingent göndərməyib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş Qərargahı bəyanat verib.
Bəyanata görə, ABŞ və Türkiyənin strateji və hərbi tərəfdaşlar olmasına baxmayaraq, Ankara Birləşmiş Ştatlardan ölkəyə hərbi kontingentin göndərilməsini istəməyib.
Türkiyə məbuatı daha əvvəl məlumat yaymışdı ki, ABŞ Türkiyə-Suriya sərhədində kəşfiyyat əməliyyatları aparmaq üçün ölkəyə hərbi kontingent göndərib.