Mehriban Əliyeva: Uğurlu siyasi və iqtisadi islahatların aparılması nəticəsində bu gün Azərbaycanda demokratik cəmiyyət mövcuddur (FOTO)

Mehriban Əliyeva: Uğurlu siyasi və iqtisadi islahatların aparılması nəticəsində bu gün Azərbaycanda demokratik cəmiyyət mövcuddur (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bu gün biz Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümünü qeyd edirik. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etmişdir və o illərdə Sovet İttifaqı dağılanda ölkəmizdə nə siyasi sistem, nə bazar iqtisadiyyatı var idi. İyirmi il ərzində uğurlu siyasi və iqtisadi islahatlar aparılması nəticəsində bu gün Azərbaycanda çoxpartiyalı demokratik cəmiyyət mövcuddur və ümumi daxili məhsulun 83 faizini bazar iqtisadiyyatı təşkil edir. Bu gün Azərbaycan dünya xəritəsində yerini tutmuş və sürətlə inkişaf edən bir dövlətdir. Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva Parisin məşhur "Salle Pleyel" sarayında Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Müstəqillik dövründə Azərbaycan-Fransa əlaqələri hərtərəfli inkişaf etmişdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və bu ilin sentyabr ayında Azərbaycan və Fransa dövlətləri başçılarının görüşü bir daha bu münasibətlərin strateji xarakterini təsdiqlədi. Biz beynəlxalq arenada qarşılıqlı anlaşma əsasında əməkdaşlıq edirik. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu əlaqələri tamamilə yeni yüksək səviyyəyə çıxardı. Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini göstərir. Dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin tərəfdarıdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin həlli Azərbaycan-Fransa gündəliyində mühüm yer tutur", Mehriban Əliyeva deyib.

Azərbaycanın birinci xanımı bildirib ki, ölkələrimiz iqtisadi sahədə əməkdaşlıq edir və bu sahədə çox böyük qarşılıqlı maraq vardır.

"Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artmaqdadır və bu gün dörd milyard avroya yaxınlaşır. Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ölkəmizdə bu gün 30-a yaxın fransız şirkəti fəaliyyət göstərir. Neft və qaz, kosmik sənaye, nəqliyyat, digər sahələrdə fransız şirkətləri bizimlə əməkdaşlıq edir. Çox xoşdur ki, Fransanın biznes strukturları Azərbaycana sərmayə qoyur və bir çox iri layihələrdə tərəfdaş kimi iştirak edir. Əminəm ki, bu il başlanan layihələr gələcəkdə ölkələrimizə ikitərəfli fayda gətirəcəkdir.
Əziz dostlar, mən son illər humanitar sahədəki çox səmərəli və geniş əlaqələrdən xüsusi danışmaq istərdim. Son illər Fransanın universitetlərində Azərbaycan dili və tarixi fakültələri açılır, yüzlərlə Azərbaycan tələbəsi Fransanın ali məktəblərində təhsil alır. Ötən il paytaxtımızda - Bakıda yeni fransız məktəbinin tikintisi başlanıb və yaxın gələcəkdə bu, regionun ən böyük fransız məktəbi olacaqdır. Parisdə mütəmadi şəkildə Azərbaycanın mədəniyyətini təbliğ edən konsertlər, görüşlər, sərgilər keçirilir. Bu il Bakıda "Fransa inciləri" adlı sərgi açılmışdır, Luvr və Orse muzeylərini, Pompidu Mərkəzini, Versal Sarayını, Fransa Dövlət Kitabxanasını və digər mədəniyyət ocaqlarını bəzəyən 400-dən çox eksponat ölkəmizdə təbliğ olundu və bu sərgi çox böyük maraqla qarşılandı. Azərbaycan dövləti Luvr muzeyinin İslam incəsənəti departamentinin yaradılmasında iştirak etmişdir. Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi, digər tarixi abidələrin bərpasında iştirak edir.
Bu günlər Fond tərəfindən hazırlanmış yeni bir layihəyə start verilib. Bu layihə çərçivəsində Fransanın müxtəlif bölgələrində - on şəhərində Azərbaycanın mədəniyyətini tanıdan Azərbaycan günləri keçiriləcəkdir. Bu layihə çox böyük uğurla Reyms və Şampan şəhərlərində başlayıb" Mehriban Əliyeva deyib.

Onun sözlərinə görə, son il ərzində Azərbaycanın və Fransanın bir neçə şəhəri arasında qardaşlaşma haqqında saziş imzalanıb.

"Mən ümidvaram ki, bu gözəl təşəbbüs gələcəkdə davam edəcəkdir. Nəhayət, bu ilin sentyabr ayında Parisdə Azərbaycanın ilk mədəniyyət mərkəzinin binası təntənəli şəkildə açılıb. Təsadüfi deyildir ki, belə bir mərkəz ilk dəfə məhz Parisdə açılıb. Çünki Paris təkcə Fransanın yox, demək olar, bütün dünyanın mədəniyyət paytaxtıdır.
Bir sözlə, bu 20 il ərzində Fransa-Azərbaycan münasibətləri uğurla qurulub və mən ümidvaram ki, gələcək illərdə də qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edəcəkdir.
Əziz dostlar, bu gün sizin üçün hazırlanmış konsertdə Azərbaycan və Fransa ifaçıları dahi Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini səsləndirəcəklər. Demək olar ki, bu konsert Azərbaycan-Fransa dostluğunun bir növ rəmzidir.
Sonda bir daha sizə ölkəmizə göstərdiyiniz diqqət və marağa görə dərin minnətdarlığımı bildirirəm. Sizə xoş axşam arzulayıram" Mehriban Əliyeva deyib.

Sonra Senatda Fransa-Qafqaz Dostluq Qrupunun sədri Ambruaz Düpon çıxış edərək dedi:

"Fransa ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünü qeyd etmək münasibətilə keçirilən bu tədbirdə sizinlə bir yerdə olmaqdan məmnunam. Hörmətli birinci xanımın qeyd etdiyi kimi, artıq 20 ildir birgə necə böyük yol keçmişik! Xatırlaya bilərsiniz ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərdə böyük irəliləyiş, xüsusən də hər iki tərəfdən siyasətçilərin çoxsaylı səfərləri baş tutub. Prezident İlham Əliyev dövlət başçısı kimi xaricə ilk rəsmi səfərini 2004-cü ilin yanvar ayında məhz Parisə etdi. Bundan əlavə, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan Minsk qrupunun həmsədri kimi xüsusi rol oynayır və ümid edirəm ki, bu həll regiona daimi sülh gətirəcəkdir".

Ambruaz Düpon onu da qeyd etdi ki, Fransa ilə Azərbaycan arasında ticari münasibətlər inkişaf edir, neft, neft emalı və qaz sahələrində əməkdaşlıq daha çox nəzərə çarpır. Kənd təsərrüfatı və xidmət sahələrində əlaqələrin genişlənməsinin vacibliyinə toxunan Ambruaz Düpon fransız şirkətləri üçün Azərbaycanda yaradılan münbit şəraitin razılıq doğurduğunu vurğuladı və Fransa-Azərbaycan parlamentlərarası əlaqələrdən danışaraq bildirdi:

"1993-cü ildə Senatda yaradılmış Fransa-Qafqaz Qrupu yeni Qafqaz respublikalarının Fransada tanınması və ikitərəfli münasibətlərin inkişafı işinə əvvəlcədən sadiq olub. Keçmişi xatırlayarkən, istərdim Fransa-Qafqaz Qrupunun sabiq rəhbəri və Prezident Heydər Əliyevin vaxtında Azərbaycanın böyük dostu olmuş, bu ölkənin Fransada tanıdılması üçün yorulmaz fəaliyyət göstərmiş mərhum senator Jan Buayenin fəaliyyətini qeyd edim. Mədəniyyət carçısı olmuş bu şəxs Kot-Sen-Andredə sədrlik etdiyi Berlioz Festivalına tez-tez Azərbaycan musiqiçilərini dəvət edərdi. Bu gün 2001-ci ildən sədrlik etdiyim dostluq qrupuna Senatda müxtəlif siyasi dairələri təmsil edən otuza yaxın senator daxildir. Qrupun əsas məqsədi iki ölkənin deputatlarını mütəmadi olaraq bir araya gətirmək və beləliklə, yüksək səviyyədə məsul siyasətçilər arasında birbaşa dialoq yaratmaqdır. Öz məqsədlərindən irəli gələrək, Bakıda olarkən Senatın qrupu hər zaman Azərbaycan Prezidenti, parlamentin sədri, Baş nazir və hökumət üzvləri ilə görüşlər keçirib. Bu səfərlər, həmçinin birinci xanımın sədrlik etdiyi və münasibətlərimizə xüsusi önəm verən Azərbaycan-Fransa Dostluq Qrupundakı həmkarlarımızla fikir mübadiləsi aparmaq imkanını da yaradır və Sizin, hörmətli birinci xanım, ölkəmizdə mesenatlığa verdiyiniz əhəmiyyəti hamımız bilirik".

Bakıya son səfəri zamanı paytaxtımızda gedən inkişaf proseslərindən məmnun olduğunu deyən Ambruaz Düpon ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı məsələsinə də toxunaraq dedi:

"Fəaliyyətə başladığım vaxtdan etibarən biz, həmçinin Azərbaycanda fransız məktəbinin açılmasını dəstəkləmişik. Çox şadam ki, xanım Əliyeva prezidenti olduğu Fond vasitəsilə gənclərə xidmət edən bu təhsil layihəsini konkretləşdirməyə imkan yaratdı. Hörmətli birinci xanım, verdiyiniz güclü dəstəyi alqışlayıram. Bu yaxınlarda Senat mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi haqqında Fransa-Azərbaycan sazişini təsdiqləməlidir. Məsələ ilə bağlı başlanacaq müzakirələr mədəni əməkdaşlıq timsalında Fransa ilə Azərbaycan arasında münasibətlərin miqyasını nümayiş etdirəcəkdir. Mədəniyyət haqqında danışarkən, fürsətdən istifadə edərək, bu ilin yazında keçirilmiş və Azərbaycanın müasir incəsənətini işıqlandıran gözəl "Bakıya uçuş" sərgisini və Prezident Əliyev və Prezident Ollandın iştirakı ilə bu yaxınlarda Luvr Muzeyində açılmış İslam incəsənəti departamentinin yaradılmasında Azərbaycanın yardımını xatırlatmaq istəyirəm. Qısaca təsvir etdiyim bu işlərdən görürük ki, Fransa ilə Azərbaycan arasında əlaqələr sıxdır. Yaşadığımız qlobal böhran şəraitində Azərbaycan həm Fransanın, həm Avropanın dəyərli tərəfdaşı olaraq qalır.
Fransa tərəfindən Senat təbii olaraq, qeyd etdiyim kimi, öz dostluğunu nümayiş etdirir. Fransanın sabiq prezidentləri Jak Şirak, sonra isə Nikola Sarkozi öz səlahiyyətləri səviyyəsində bu münasibətlərin genişləndirilməsinə böyük töhfə veriblər. Bu gün bu işlərə Prezident Fransua Olland qoşulur. O, sentyabr ayında Prezident Əliyevlə görüşdü. Görüş onların Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətlərə sadiqliyini və iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlığı daha da inkişaf etdirmək iradəsini nümayiş etdirdi.
Əziz dostlar, hörmətli birinci xanım, iyirmi ildən sonra birgə görəcəyimiz işlər hələ də çoxdur. Fransa və Senat Azərbaycan ilə tam dostluq şəraitində əməkdaşlıq etməyə hər zaman hazırdır".

Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa etmişlər.

Fransanın dövlət və hökumət rəsmilərinin, tanınmış ictimai-siyasi və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri konsertdən təəssüratlar kifayət qədər zəngin oldu. Bu konsert də özünəməxsus koloriti ilə diqqət çəkən Azərbaycan mədəniyyətinə ehtiramın nümunəsinə, həm də fransız tamaşaçısında heç vaxt unudulmayacaq əbədi xatirəyə çevrildi.

Foto - AzərTAc

Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib
Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu
Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu
Loading Bars
Xəbər lenti
Pompeo Çinin uyğurlara qarşı siyasətini "soyqırım" adlandırıb
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsindən istefa verib
İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı... Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."
Lənkəranda üçmərtəbəli binada yanğın olub
Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - Qaydalar təsdiqləndi
Sorosun oyuncağı Paşinyan Ermənistanı bataqlıqdan çıxara bilmir - İqtisadiyyat çökür, etirazlar isə bitmir
2020-ci ildə qlobal sərnişin daşımaları kəskin azalıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 7 218 nəfər sağalıb
Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş seminar keçirilib
Sumqayıtda fərdi evdə yanğın baş verib
Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə
Ermənistanın yalanları dünyanı 20 Yanvar faciəsinin əsl mahiyyətindən yayındırmağa yönəlib - Politoloq
Qarabağda Rusiya və Azərbaycan xilasedicilərinin birgə fəaliyyəti ilə 210 ədəd mina zərərsizləşdirilib (FOTO)
Beynəlxalq Bankın xalis mənfəəti dəfələrlə azalıb
Dübəndi terminalında neft nəqli kəskin şəkildə artıb
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Pambıqçılığın inkişafı ilə bağlı ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib (FOTO)
İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq - Könül Nurullayeva
BNA-da Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib
Bakıda yol qəzası tıxaca səbəb olub
“YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib (FOTO)
İran Qarabağın bərpasında aktiv iştirak etmək niyyətindədir - Nümayəndələr Azərbaycana səfər edəcək
Sovet rəhbərliyi 20 yanvar faciəsini törətməklə Azərbaycan xalqının qürurunu sındırmaq istəyirdi - Arzu Nağıyev (VİDEO)
QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikan cavab verib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN çavuşu (FOTO)
Kəlbəcər rayonunun Çopurlu kəndi (FOTO/VİDEO)
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar
YAP Zəngilan rayon təşkilatında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
ADU-da 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş seminar keçirilib
Azərbaycana gələn Türkiyə vətəndaşları üçün etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib
İşğaldan azad olunan əraziləri minalardan təmizləmək üçün Rusiyadan yeni avadanlıqlar gətirildi (FOTO/VİDEO)
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ermənistan vətəndaşları Qarabağdakı zənginlər uğrunda ölməməlidir - Erməni jurnalist
Türkdilli dövlətlər arasında əməkdaşıq perspektivləri müzakirə edilib
Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 71,8 milyon manat daxil olub
Xaçmazda Şəhidlər Xiyabanı yenidən qurulub (FOTO)
Kanada mediasında 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunub
Azərbaycan - Türkiyə media platforması birgə əməkdaşlığa yeni çalarlar qatacaq - Naqif Həmzəyev
Sabirabadda “Mercedes” yanıb
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqlandırılıb (FOTO)
Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
Ötən ilin ən çox istifadə olunan hava limanı məlum oldu
İşğaldan azad edilmiş ərazilərdə nar bağları salınacaq
15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir
Səhiyyə Nazirliyinin əməkdaşları peyvənd olundu
YAP 2020-ci ilə dair gəlir və xərclərini açıqlayıb
Koronavirusla bağlı nəqliyyat vasitələrində yol verilən nöqsanlar açıqlanıb
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (FOTO/VİDEO)
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
Nurlan İbrahimov Qarabağ klubundakı vəzifəsindən ayrıldı
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edirik - Bağdad Amreyev
YAP 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verdi
Xəzərə tullantı sularının axıdılması halları xeyli azalıb - Nazirlik rəsmisi
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı hazırlanıb
Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir - Ekspert
Prezident İlham Əliyev: Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək
Azərbaycan Prezidenti: Zənnimcə, lap yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik
Azərbaycan Prezidenti: Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır
BNA sürücü və sərnişinlərə xəbərdarlıq etdi
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib
Prezident İlham Əliyev: Gələcək nəsillər yadda saxlasınlar ki, yalnız öz gücümüzə güvənməliyik
Prezident İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib
Prezident İlham Əliyev: Xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırıblar
MM Komitəsi azad edilmiş ərazilərdə aqrar sahənin inkişafını qiymətləndirəcək
Dövlət qulluğu üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat elan edilib
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib
Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
İstedadlı şagirdlər eksternat qaydasında imtahan verib
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların ictimai birliklərinin rəhbərləri ilə işçi görüş olub (FOTO)
“Azərsu” vətəndaşlara müraciət edib (FOTO)
Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yükaşırmanın həcmi artıb
MİDA və YAP Nəsimi Rayon Təşkilatının 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş birgə sosial aksiyası keçirilib (FOTO)
Azərbaycan koronavirusa qalib gələn ilk ölkələr sırasında olacaq - Deputat
İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb (FOTO)
Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var - Vüsal Qasımlı
Beynəlxalq Multikulturalizm jurnalı Ali Attestasiya Şurasında qeydiyyata alınıb
Bakı Ali Neft Məktəbində “Qarabağın Təbii Sərvətləri” mövzusunda vebinar keçiriləcək
“Akkord STİK” ASC və “Qazax Sement Zavodu” MMC “Qarabağ Dirçəliş Fondu”na 400 min manat ianə köçürüb
Torpaq sahələrində aqrokimyəvi analizlərin həyata keçirilməsində yeniliklər olacaq
Ötən il özəlləşdirmə və icarədən büdcəyə 72 milyon manat daxil olub
İranda bir gündə 6 minə yaxın şəxs koronavirusa yoluxub, 87 nəfər ölüb
Bakı Slavyan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Dövlət Vergi Xidməti əməkdaşlarının məqaləsi beynəlxalq nəşriyyatda çap olunub
Aİİ-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
“Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək (FOTO)
Şəhidlər Xiyabanına vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Hirkan Milli Parkındakı yanğın nəticəsində dəyən zərər hesablanır - Xidmət rəisi
Ombudsman 20 Yanvar abidə kompleksini ziyarət edib (FOTO)
Məktəblərin açılması xəbərlərinə Təhsil nazirliyindən cavab
Ötən il Mətbuat Şurasına göndərilən şikayətlərin sayı açıqlanıb
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini (FOTO/VİDEO)
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edilib (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər