...

İlham Əliyev Hindistanın kommunikasiya və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 4 Noyabr 2012 15:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Hindistan Respublikasının kommunikasiya və informasiya texnologiyaları naziri Kapil Sibalın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Hindistanın kommunikasiya və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Bazar günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının kommunikasiya və informasiya texnologiyaları naziri Kapil Sibalın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Kapil Sibal Hindistan Prezidenti Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarını dövlətimizin başçısına çatdırdı. Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda iştirakından məmnunluğunu bildirən hindistanlı qonaq tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Kapil Sibal Azərbaycan Prezidentinin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi böyük uğurların onlarda dərin təəssürat yaratdığını dedi. Nazir informasiya və kommunikasiya texnologiyaları sektorunda ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın Hindistan ilə müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin yaradıldığını vurğulayan Prezident İlham Əliyev bu münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Prezident Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Hindistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti