...

Siyavuş Novruzov: Kim Rusiyada nə yaratmaq istəyir, öz işidir

Siyasət Materials 13 Noyabr 2012 13:02 (UTC +04:00)
Azərbaycan hökuməti Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının yaradılması ilə bağlı heç bir narazılıq ifadə etməyib.
Siyavuş Novruzov: Kim Rusiyada nə yaratmaq istəyir, öz işidir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının yaradılması ilə bağlı heç bir narazılıq ifadə etməyib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə deputat, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

"Kim Rusiyada nə yaratmaq istəyir, öz işidir. Yəni Azərbaycandan kənarda kim hansı təşkilatı yaradırsa, özü bilər", - o deyib.

Eyni zamanda, YAP icra katibinin müavini bildirib ki, İttifaqı yaradanlar siyasətdən tamamilə kənar olan şəxslərdir.

"Çox adam təşkilat yarada bilər. O İttifaqın yaradıcısı adlandırılan şəxslərin hərəsi öz biznesi ilə məşğuldur", - Novruzov deyib.

Milət vəkili bəzi iddialara cavab olaraq vurğulayıb ki, Azərbaycanda hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. "Azərbaycan daxilində xalq kimi seçirsə, o ölkəyə rəhbərlik edir", - Novruzov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti