...

RF XİN rəhbərinin müavini Tehranda İranın nüvə proqramı ilə bağlı danışıqlar aparacaq

Siyasət Materials 14 Noyabr 2012 16:59 (UTC +04:00)
Bu gün Tehranda Rusiya xarici işlər nazirinin mqavini Sergey Ryabkov ilə İranın nüvə proqramı üzrə nümayəndəsi, Ali Milli Təhlükəsizlik Şurasının katibi Səi Cəlilinin görüşü keçiriləcək.
RF XİN rəhbərinin müavini Tehranda İranın nüvə proqramı ilə bağlı danışıqlar aparacaq

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Bu gün Tehranda Rusiya xarici işlər nazirinin mqavini Sergey Ryabkov ilə İranın nüvə proqramı üzrə nümayəndəsi, Ali Milli Təhlükəsizlik Şurasının katibi Səi Cəlilinin görüşü keçiriləcək. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirmişdi ki, Tehran İranın nüvə proqramı üzrə beynəlxalq "altılığ"ın elçiləri ilə danışıqlara hazırdır və iyun ayında Moskvadakı danışıqlarda vəziyyətin nizama salması üzrə qrupa təqdim etdiyi təkliflərə cavab gözləyir.

Qeyd edək ki, Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya nümayəndələrinin daxil olduğu "altılıq" 2003-cü ildən BAEA ilə birgə İranın uranın zənginləşdirilməsi üzrə işləri dayandırmasına nail olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti