Azərbaycan, Bakı, 16 noyabr /Trend/
Prezident İlham Əliyev Azərbaycanın Avstriyadakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.
Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.