...

Rəcəb Tayyib Ərdoğan: 2013-cü ildən Türkiyə hərbi helikopterlərin seriyalı istehsalına başlayacaq

Siyasət Materials 20 Noyabr 2012 17:02 (UTC +04:00)
Türkiyə 2013-cü ildən ölkənin yerli hərbi avadanlıqların istehsalı proqramı çərçivəsində hərbi helikopterlərin seriyalı istehsalına başlayacaq.
Rəcəb Tayyib Ərdoğan: 2013-cü ildən Türkiyə hərbi helikopterlərin seriyalı istehsalına başlayacaq

Azərbaycan, Bakı, 20 noyabr / Trend, müxbir A.Tağıyeva /

Türkiyə 2013-cü ildən ölkənin yerli hərbi avadanlıqların istehsalı proqramı çərçivəsində hərbi helikopterlərin seriyalı istehsalına başlayacaq. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı xəbər verib.

Baş naziirn sözlərinə görə, Türkiyə bu proqram çərçivəsində hərbi gəmilərin istehsalına başlayıb və özəl sektor vasitəsilə HDQ-nin bütün gəmilərini istehsal etmək niyyətindədir.

"Bu gün Türkiyə ölkənin müdafiə sisteminin tələbatının 54 faizini təmin edir. Məqsədimiz yerli istehsal hesabına müdafiə məhsullarının tam təmin olunmasıdır", - Ərdoğan bildirib.

O qeyd edib ki, son illərdə Türkiyənin müdafiə sənayesinin ixracı dörd dəfə artıb. Türkiyə zirehli maşınlar, hava hücumundan müdafiə sistemləri, raket sistemləri, hərbi gəmilər və helikopterlər ixrac edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti