...

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun illik görüşü keçirilib

Siyasət Materials 29 Noyabr 2012 04:10 (UTC +04:00)
Çərşənbə günü Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun illik görüşü keçirilib. Görüşdə, həmçinin, Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev iştirak edib.
Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun illik görüşü keçirilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Çərşənbə günü Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun illik görüşü keçirilib. Görüşdə, həmçinin, Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev iştirak edib.

Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Kanada Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü cənab Barri Devolin (Barry Devolin) yenidən Dostluq Qrupunun sədri vəzifəsinə seçilib. Bununla yanaşı, qrupun yeni sədr müavinləri və digər məsul şəxsləri seçilib.

Görüşdə Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və bir sıra digər sahələrdə münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə olunub.

Görüş zamanı səfir çıxış edərək ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin inkişafında vacib rol oynadığını qeyd edib.

Bu baxımdan səfir iki ölkənin millət vəkillərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Dostluq Qrupunun sədri Barri Devolin çıxış edərək, Kanadanın Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırmış, dünyəvi dövlət olan Azərbaycanın ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından Kanada üçün vacib ölkə olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti