...

Argentinanın kənd təsərrüfatı nazirinin Azərbaycana səfəri ölkəsində geniş əks-səda doğurub

Siyasət Materials 30 Noyabr 2012 10:07 (UTC +04:00)
Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın Azərbaycana səfəri Argentinada geniş əks-səda doğurmuşdur.
Argentinanın kənd təsərrüfatı nazirinin Azərbaycana səfəri ölkəsində geniş əks-səda doğurub

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın Azərbaycana səfəri Argentinada geniş əks-səda doğurmuşdur.

Trend-in məlumatına görə, səfər Argentinanın çoxsaylı KİV-lərinin diqqət mərkəzində olmuş və bununla bağlı müxtəlif yazılar dərc olunmuşdur.

Argentina Dövlət Teleqraf Agentliyi olan "TELAM" tərəfindən "Argentina və Azərbaycan kənd təsərrüfatı və heyvandarlıq sektorunda razılaşmalarla əməkdaşlığı genişləndirirlər" başlıqlı məqalədə (http://www.telam.com.ar/nota/45343/) qeyd olunur ki, nazir Yauhar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşündə Prezident Kristina Fernandez de Kirçnerin Azərbaycanla siyasi, mədəni, iqtisadi əlaqələri gücləndirməklə bağlı verdiyi aydın tapşırıqlar barədə danışmışdır. Məqalədə Prezident İlham Əliyevin görüşdə dediklərinə istinadən bildirilir ki, bu gün Azərbaycanın xarici siyasətində yeni istiqamətlər inkişaf edir ki, bunlardan da biri Latın Amerikasıdır, bu xüsusda Argentina ilə dostluq münasibətlərini inkişaf etdirərək bunun strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması əhəmiyyətlidir.

Səfərlə bağlı "Diario Jornada" qəzeti tərəfindən dərc olunmuş "Yauhar Azərbaycan Prezidenti ilə görüşdə: Siyasi, mədəni və iqtisadi əlaqələri gücləndirəcəyik" başlıqlı məqalədə nazir Norberto Yauharın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Argentinadan Azərbaycana ən mürəkkəb kənd təsərrüfatı və heyvandarlıq texnologiyalarının ötürülməsi ilə bağlı əhəmiyyətli razılaşmaların əldə edildiyi, bunun iki ölkə arasında strateji müttəfiqlik əlaqələrinin qurulmasına və Argentianın Azərbaycan vasitəsilə 500 milyon nəfərlik istehlak gücü olan regional bazarlara çıxmasına imkan verəcəyi qeyd olunur. (http://www.diariojornada.com.ar/58028/Politica/Yauhar_con_el_presidente_de_Azerbaijan_Vamos_a_fortalecer_lazos_politicos_culturales_y_comerciales).

Həmin qəzetdə dərc olunmuş "Argentina və Azərbaycan, iqtisadi əməkdaşlığa daha yaxın" başlıqlı digər yazıda nazir Yauharın Azərbaycana səfəri vaxtı keçirdiyi görüşlər barədə məlumat verilir (http://www.diariojornada.com.ar/58014/Politica/Argentina_y_Azerbaiyan_mas_cerca_de_la_cooperacion_economica).
Argentinanın biznes və maliyyə sektoruna aid ən iri KİV-i olan "Ambito Financiero" qəzetində "Hökumət Azərbaycanla kənd təsərrüfatı və heyvandarlıq sektorunda əməkdaşlığı gücləndirir" başlıqlı yazı dərc olunmuşdur. Yazıda Azərbaycan hökuməti kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı geniş planlara malik olduğu, Argentinanın bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğu bildirilir. Yazıda Prezident İlham Əliyevə istinadən qeyd olunur: "Azərbaycan və Argentina iqtisadiyyatları qarşılıqlı maraqlara malikdir, ölkələrimizin coğrafi mövqeləri bizim üçün geniş imkanlar açır, bu imkanlardan da səmərəli istifadə etməliyik və əminəm ki, bizim əməkdaşlığımız çox uğurlu olacaqdır" (http://ambito.com/diario/noticia.asp?id=665127).

Habelə, UPİ portalında dərc olunmuş "Argentina kənd təsərrüfatı naziri Azərbaycan prezidenti ilə görüşür" (http://espanol.upi.com/Politica/2012/11/29/Ministro-argentino-de-Agricultura-visita-al-presidente-de-Azerbaijan/UPI-43491354181400/), "Diario La Opinion" portalında dərc olunmuş "Yauhar, indi Azərbaycandadır" (http://www.diariolaopinion.com.ar/Sitio/VerNoticia.aspx?s=0&i=72030), "El Mensajero Diario" portalında dərc olunmuş "Argentina və Azərbaycan əməkdaşlığı gücləndirir" (http://www.elmensajerodiario.com.ar/contenidos/argentina-azerbaijan-fortalecen-cooperacion_28587.html), "Cadena Nueve" portalında dərc olunmuş "Kənd təsərrüfatı mallarının ixracı ilə bağlı strateji razılaşmalar irəliləməyə başlayır" (http://www.cadenanueve.com/2012/11/28/avanzan-acuerdos-estrategicos-para-exportar-productos-del-campo/) başlıqlı yazılarda Azərbaycan səfər çərçivəsində keçirilmiş görüşlər, Argentina tərəfindən hazırlanmış "Azərbaycanın aqro-sənaye inkişafına dair strateji plan"ın təqdim edilməsi, bu planın icrası ilə bağlı birgə əməkdaşlıq və bu xüsusda həyata keçiriləcək ilk pilot layihələr barədə məlumat verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti