...

BMT-nin baş katibi Türkiyədə suriyalı qaçqınların düşərgələrinə baş çəkəcək

Siyasət Materials 7 Dekabr 2012 15:00 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun bu gün Türkiyəyə gəlib. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, baş katibin təyyarəsi Qaziantep şəhər aeroportuna enib.
BMT-nin baş katibi Türkiyədə suriyalı qaçqınların düşərgələrinə baş çəkəcək

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir A.Tağıyeva/

BMT-nin baş katibi Pan Gi Mun bu gün Türkiyəyə gəlib. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, baş katibin təyyarəsi Qaziantep şəhər aeroportuna enib.

Pan Gi Munun Suriya ilə sərhəddə yerləşən Türkiyə şəhərlərindəki suriyalı qaçqınların düşərgələrinə baş çəkəcəyi gözlənilir.

Həmçinin, baş katib Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşlər keçirəcək.

Görüşlərdə Suriya böhranı müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti