...

XİN rəhbərləri: Aİ Azərbaycan ilə gələcək əməkdaşlığa maraq göstərir (FOTO)

Siyasət Materials 12 Dekabr 2012 15:19 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycan ilə gələcək əməkdaşlığa maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Aİ ölkələrinin XİN rəhbərləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən bririfinqdə deyiblər.
XİN rəhbərləri: Aİ Azərbaycan ilə gələcək əməkdaşlığa maraq göstərir (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycan ilə gələcək əməkdaşlığa maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Aİ ölkələrinin XİN rəhbərləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən bririfinqdə deyiblər.

"Azərbaycan regionun mərkəzində yerləşir, eyni zamanda, Əfqanıstan, İran problemlərinin "episentr"indədir. Buna görə də Aİ üçün ölkənin özündə sabit vəziyyətin olması çox vacibdir", - İsveçin xarici işlər naziri Karl Bildt qeyd edib.

Onun sözlərinə görə, Aİ və təşkilatın bütün üzvləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında və ümumilikdə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdırlar.

"Aİ regionun problemlərinə laqeyd qala bilməz, çünki Cənubi Qafqaz ölkələri ilə gələcəkdə əməkdaşlığa maraq göstərir", - Bildt deyib.

Polşa Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixalovskinin sözlərinə görə, Aİ üçün Azərbaycanla əlaqələri çox yüksək səviyyəyə qaldırmaq olduqca vacibdir və bu kontekstdə ölkənin Avropadakı yeni bazarlara çıxışı çox əhəmiyyətlidir. Mixalovski bu məsələnin bugünkü danışıqların gedişində diqqət mərkəzində olduğunu bildirib.

Bolqarıstan XİN rəhbəri Nikolay Mladenovun sözlərinə görə, Bolqarıstan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir və münasibətlərin gələcək inkişafında maraqlıdır.

"Azərbaycan enerji resurslarlarının diversifikasiyasının yeni marşrutlarını axtaran Bolqarıstan üçün əsas yerlərdən birini tutur. Bolqarıstan, həmçinin TANAP layihəsinin reallaşdırılmasında da maraqlıdır", - Mladenov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti