...

Azərbaycan Prezidenti 2013-cü il üçün yaşayış minimumunu təsdiqləyib

Siyasət Materials 14 Dekabr 2012 16:44 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Qanunu təsdiq edib. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alıb ki, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Prezidenti 2013-cü il üçün yaşayış minimumunu təsdiqləyib

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Qanunu təsdiq edib.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alıb ki, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilsin.

Bu Qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısı sonra "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
Sərəncam imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıb ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Həmçinin üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti