...

Türkiyə "Sidewinder" raketləri alır

Siyasət Materials 26 Dekabr 2012 17:09 (UTC +04:00)
Türkiyə ABŞ-a 117 ədəd "Sidewinder" tipli raketin alınması xahişi ilə müraciət edib.
Türkiyə "Sidewinder" raketləri alır

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ABŞ-a 117 ədəd "Sidewinder" tipli raketin alınması xahişi ilə müraciət edib. Bu barədə Trend "CNN Turk" telekanalına istinadən məlumat verir.

Türkiyə Müdafiə Nazirliyinin Müdafiə sənayesi şöbəsi artıq ABŞ Müdafiə Nazirliyi ilə ilkin saziş imzalayıb.

"Sidewinder" tipli 117 ədəd raketin alınması Türkiyəyə 140 milyon dollara başa gələcək. Telekanalın məlumatına görə, Türkiyəyə "Sidewinder" tipli raketlərin satılması məsələsi ABŞ Konqresində müzakirə olunur və əgər Konqres sazişi təsdiqləyərsə, onda Türkiyə yaxın aylarda bu raketlərin ilk hissəsini alacaq.

Telekanal xəbər verir ki, raketlərin alınması Suriya tərəfdən mümkün təcavüzə hazırlıqla bağlı ola bilər.

"AIM-9 Sidewinder" ABŞ-ın idarə olunan infraqırmızı avtomatik tuşlama başlıqlı "hava-hava" tipli raketidir. 1956-cı ildə ABŞ-ın Hərbi Hava Qüvvələrinin cəbbəxanasına daxil olan bu silah dünyada ilk effektiv idarə olunan raketdir. Dəfələrlə təkmilləşdirilən bu raketdən hazırda da dünyanın bir çox ölkələrinin hərbi hava qüvvələrində geniş istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti