...

Azərbaycanda milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi

Siyasət Materials 26 Dekabr 2012 20:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "2013-2016-cı illərdə Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "2013-2016-cı illərdə Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, habelə terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və milli maraqların digər təhdidlərdən qorunması sahəsində təhlükəsizlik orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək, maddi-texniki bazasını və əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə "2013-2016-cı illərdə Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı" təsdiq edilsin.

Bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramı hər il üçün təsdiq olunan Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilməlidir.

Sərəncam 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti