Azərbaycan, Bakı, 27 dekabr /Trend/
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin dekabrın 27-də növbəti iclası keçirilib.
Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 2012-ci il ərzində ölkəmizin çox böyük uğurlara imza atdığını qeyd edib, partiya həyatında görülmüş işlər haqqında qısa məlumat verib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının həyatında da bir sıra mühüm tədbirlər həyata keçirilib. O cümlədən, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyası kimi mötəbər tədbirin Bakı şəhərində keçirilməsi Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilməlidir. Bu cür yüksək etimad YAP-ın ICAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir.
İdarə Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar görüləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb. Ulu öndərin anadan olmasının 90-cı ildönümü ilə bağlı keçiriləcək konfransın mövzusu təsdiq edilib.
İdarə Heyətində daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr dinlənilib.