Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir A.Tağıyeva/
BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi nümayəndəsi Lahdar Brahiminin Suriya böhranının nizamlanması üzrə təşəbbüsü nəticə vermir. Trend-in "əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Suriya Milli Şurası sədrinin müavini Corc Sabra bildirib.
"Brahiminin Suriya böhranının nizamlanması ilə məşğul olmağa başlamasından sonra münaqişə qurbanlarının sayı gündən-günə artır. O, hədər yerə vaxt itirir", - Sabra deyib.
Onun sözlərinə görə, Brahimi münaqişə tərəfləri ilə danışıqlar aparmaq üçün müxtəlif ölkələrə səfərlər edir, lakin heç bir nəticə yoxdur.