...

Türkiyə dünyada ilk dəfə üzən zirehli buldozer istehsal edib

Siyasət Materials 11 Yanvar 2013 15:44 (UTC +04:00)
Türkiyə dünyada ilk dəfə üzə bilən zirehli buldozer istehsal edib. Bu barədə Trend cümə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.
Türkiyə dünyada ilk dəfə üzən zirehli buldozer istehsal edib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə dünyada ilk dəfə üzə bilən zirehli buldozer istehsal edib. Bu barədə Trend cümə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.

Buldozerin yaradılması layihəsi 4 il ərzində hazırlanıb. Buldozer AZMİM adlandırılıb.

Agentliyin məlumatına görə, Türkiyə Silahlı Qüvvələri çayları keçmək üçün AZMİM-dən istifadə edəcək. İlkin mərhələdə bu unikal, hərbi zirehli buldozerdən 12 ədəd istehsal etmək planlaşdırılır.

AZMİM buldozeri saatda 45 kilometrədək sürət yığa bilər. Bundan başqa, buldozer yeraltı mina və zirehdeşən güllələrə qarşı davamlıdır.

AZMİM zirehli buldozerinin yaradılması Türkiyə ordusunu silah, avadanlıq və yerli istehsallı təchizatla təmin etməyə istiqamətlənmiş dövlət proqramının tərkib hissəsidir. Hazırda Türkiyə bu sahədə özünümüdafiə səviyyəsini 56 faizə çatdıra bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti